Millət vəkili nazir və merlə görüşüb

10:34 19-05-2018 | icon 794 | Cəmiyyət
Millət vəkili nazir və merlə görüşüb

 

Qənirə Paşayeva: “Azərbaycan Avstraliya ilə əlaqələrin və dostluğun inkişafına böyük önəm verir”

 

Millət vəkilib Qənirə Paşayeva Avstraliya Xarici İşlər Naziri və Sidney meri ilə görüşüb. Millət vəkili Azərbaycanın Avstraliya ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışıb.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Avstraliyanın Xarici İşlər naziri Culio Bişop və Sidney meri Klover Mur ilə görüşdə əməkdaşlığın daha da genişlənməsinin vacibliyi məsələsinə toxunub.

 

Müzakirələr zamanı Q.Paşayeva onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu və Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verən Q.Paşayeva deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

 

Avstraliyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini deyən Avstraliya rəsmiləri, iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

 

Qənirə Paşayeva Avstraliya rəsmilərinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə edib və bu mövzularda Avstraliyanın bəzi KİV-lərinə müsahibələr verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı