Aİ və Azərbaycan arasında yeni saziş

11:03 19-05-2018 | icon 524 | Siyasət
Aİ və Azərbaycan arasında yeni saziş

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacağı gözlənilir.

 

Versus.Az xəbər verir ki, bunu EURACTIV-ə müsahibəsində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib:

 

"Yeni saziş üzrə danışıqların iştirakçıları bizi müzakirələrin cari vəziyyəti haqqında məlumatlandırmaq məqsədilə Parlament Əməkdaşlıq Komitəsinin hər bir iclasına qatılır".

 

C.Feyziyev bildirib ki, Aİ və Azərbaycan arasında yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi sahələrində, o cümlədən energetika və nəqliyyat sektorlarında əməkdaşlıq daxil olmaqla, münasibətlərin siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir:

 

"Vaxt məhdudiyyəti yoxdur, lakin müzakirəçilər prosesin sürətləndirilməsi üçün həqiqətən də bütün səyləri göstərirlər. Biz tərəflərin bu ilin sonunadək danışıqları başa çatdıracağını və yeni sazişin 2019-cu ilin birinci yarısında imzalanmaya hazır olacağını gözləyirik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı