ŞƏHİD Tapdıq Babaşovun doğum günüdür…

13:34 10-04-2020 | icon 2019 | Şəhidlər və şahidlər
ŞƏHİD Tapdıq Babaşovun doğum günüdür…

Onlar seçilmiş və sevilmiş olurlar...

 

 

 

Mehriban Sadıqova
/tədqiqatçı/

 

 

Varlığıyla torpağa və xalqa bağlı olan insanlar üçün sevgi hissinin güclü təsirini vermək çox asan olur. Sanki onlar bu sevgi ilə doğulur, bu sevgidən güc alır və bu sevgi ilə böyüyür. Tanrının ən müqəddəs nuru olan insan bu sevginin möcüzəvi nəticəsidir. Möcüzədən yaranan, nurun gücünə sığınan insanların taleyi də elə onların özləri kimi möcüzəli olur - qısa və təmiz...

 

Onların taleyinin qısa olması bəlkə möcüzəyə xələl gəlməməsi üçündür, bəlkə də sonradan ləkələnməməsi üçün. Dediyimiz kimi saf və təmiz olur möcüzə insanlar. Belə insanların milliliyinə, yurduna bağlılığı da özü kimi saf və müqəddəs olur. Onlar seçilmiş və sevilmiş olurlar...

 

Baharda doğulmuşdu. Bahar kimi təravətli, bahar kimi də gözəl idi Tapdıq. Orta məktəbi də, BDU-nun tarix fakültəsini də əla qiymətlərlə bitirmişdi. Qısa, lakin mənalı ömür yolu keçmişdi...

 

Tapdıq Qobustan rayonundan hərbi xodmətə çağrılmışdı. Və ....

 

Tapdıq Əli Zaman oğlu Babaşov. Ülviliklə dolu qısa, lakin sevgili Vətənə sevgi yolu keçmiş bir gənc. Arzuları aşıb-daşan, sevgisi bitməyən bir cavan. Tapdıq vətən aşiqi, vətən sevdalısı idi.

 

Dolanar, dolanar bəlkə də bitməz,
Bəlkə də sonsuzluq yaddaşda itməz
Bəlkə, bu taleyi bir kimsə getməz
Sevgim bir qayada daş oyuncaqdır.

 

Vətənə sevgi, torpağa bağlılıq, xalqa, millətə sevgi onun ruhuna hakim kəsilmişdi. Tapdıq

 

Vətən deyir dilim, ağzım, dodağım
Dədəm yurdu viran qalıb sol-sağım

 

deyərək bu yurda olan haqsızlıqlara fəryad edir, "hər gözdə bir yaş olan" Vətənin göz yaşlarının axmaması üçün bütün varlığını verməyə hər an hazır olduğunu sözü ilə deyil, əməli ilə sübut etməyə hər an hazır idi...

 

Vətən uğrunda hər an canından keçməyə hazır olanlar üçün hamıdan fərqli bir tale seçilir. Tapdıq özünün də qeyd etdiyi kimi, "kimsənin getməyəcəyi bir tale" yaşadı. Və o, bu yaşamı özü sevə-sevə seçdi...

 

Bu tale Azərbaycan tarixinə, Azərbaycan ədəbiyyatına, bütünlükdə Azərbaycan torpağına bağlılıq idi. Tapdıq Türk soyuna, türk dünyasına sevgisini Bozqurd timsalında cəmləşdirmişdi. Gələnəyə ən çox bağlı olan bozqurdlar məğrur və heç nəyə əyilməyən varlıqlardır. Onlar məğlub ola bilərlər, amma əyilməzlər. Öldürülərlər, amma diz çökməzlər...

Bozqurdlar həyat yollarını boşuna seçməzlər ki, boşuna gözə almazlar ki, olacaqları..

 

Mənim də qurdum uladı,
Uladı, məni çağırdı
Dolmuş buludlardan yağış yağırdı,
Baxdım buludlara, yağış deyildi.
Göy üzündən aydınlıq yağırdı bəxtimə, taleyimə...

 

...Və o aydınlıqlar ləkələnməsin deyə səni də səmalara qaldırdı bu sevgin. Əyilməzliyin, vüqarın, əzəmətin...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq