Vətən və millət uğrunda canından keçən oğul

14:25 13-04-2020 | icon 855 | Şəhidlər və şahidlər
Vətən və millət uğrunda canından keçən oğul

Səfərəliyev Bəhman Çərkəz oğlu 10 yanvar 1961-ci ildə Laçın rayonunun Pircahan kəndində do­ğulub. 1968-ci ildə Pircahan kənd orta mək­­­təbinə gedib. 1978-ci ildə orta məktəbi bi­tir­dikdən sonra 1979-1981-ci illərdə Xabarovsk vi­la­­yətində hərbi xidmətdə olub.

 

Versus.Az xəbər verir ki, Bəhman Səfərəliyev sonralar Pir­ca­han kəndində sürücü, təsərrüfat briqadiri işlə­yib. 1992-ci ildə məcburi köçkün düşərək ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb. 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına daxil ol­ub, Ağdərə, Mehmanə, Vaqauz, Vəng və digər dö­yüş bölgə­lərində qəhrəmanlıqla vuruşub.

 

1992-ci il sentyabrın 19-da Laçının Hoçaz qayası uğrunda gedən döyüşlərdə minaya düşərək bir ayağını itirib. Hacısamlı kəndindəki hərbi tibbi məntəqəyə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 21 sentyabr 1992-ci ildə Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi. İki oğul, bir qız övladı yadigar qalıb.


Laçın rayonunun Pircahan kənd tam orta məktəbinə Bəhman Səfərəli­yevin adı verilmişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq