Bu məlumatı verməyənlər cinayət məsuliyyətinə cəlb olunmayacaqlar

14:44 14-04-2020 | icon 1551 | Gündəm
Bu məlumatı verməyənlər cinayət məsuliyyətinə cəlb olunmayacaqlar

Azərbaycanda vətəndaşlıqla bağlı qanunvericilik dəyişdirilir.

 

Versus.Az xəbər verir ki, bununla əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik təklif edilir.

 

Dəyişiklik Qanunun 10-cu maddəsi ilə bağlıdır. Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Bildirilir ki, belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Yeni layihəyə əsasən, qanunun 10-cu maddəsindən ikinci hissənin ikinci cümləsi çıxarılır. Yəni, müvafiq məlumatı verməyən şəxslər üçün cinayət məsuliyyəti aradan qaldırılır.

 

Qanun layihəsi Milli Məclisdə qəbul ediləcəyi təqdirdə 2020-ci il may ayının 1-dən qüvvəyə minəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq