“Bütün ölkələrin qrantalanları, birləşin!”

10:09 29-01-2018 | icon 1037 | Kürsü
“Bütün ölkələrin qrantalanları, birləşin!”

Nəzakət Məmmədova
/Politoloq/

Bu günlərdə ölkəmizin gündəmini, ictimai-siyasi həyatını nə yolla olursa-olsun, zəbt edib gündəmdə qalmaq istəyən bəzi insanların mütəşəkkil şəkildə fəallaşması müşahidə olunur. Öz qanunazidd əməllərinin araşdırılmasının, müvafiq tədbir görülməsinin məsuliyyətini kiminsə boynuna atmaq yəqin ki, dünyada ən asan işdir.

Azadlıq nisbi anlayışdır. Onun müəyyən olunması kriteriyaları da çox subyektivdir. Ələlxüsus, medianın azadlığından söhbət gedirsə, vəziyyət bir qədər də fərqli olur. Çünki media cəmiyyətin güzgüsüdür. Burada minlərlə obyektiv və subyektiv iştirakçılar, yanaşmalar və mülahizələr mövcud ola bilər. Odur ki, bir və ya bir neçə şəxsin Azərbaycanda medianı qeyri-adi adlandırması ədalətli, obyektiv və qərəzsiz yanaşma kimi qəbul oluna bilməz. Burada media haqqında qanunların mütərəqqiliyi, qələm sahiblərinin öz sözlərini azad şəkildə demək imkanlarının olması, dövlətin bu sahəyə qayğısı və diqqəti, həssaslıqla yanaşması mühüm amillərdir. Azərbaycan Respublikasında hər şeyi qanunlar və prezidentin öz səlahiyyətləri çərçivəsində iradəsi həll edir. Əgər prezident hər hansı məsələyə, o cümlədən media ilə bağlı şəxslərə, problemlərə müdaxilə edirsə, bu, bir qayda olaraq humanist məqsəd daşıyır. Müəyyən problemlərə, qanun pozuntularına görə həbs edilmiş media nümayəndələrinin azad olunması xüsusən təqdirəlayiqdir.

Digər bir diqqətəlayiq məsələ isə Azərbaycan mediasının mövcud durumudur. Uzun illər medianı izləmiş, hazırda isə politoloq kimi fəaliyyətimlə əlaqədar səmimi şəkildə, vicdan hissiylə onu deyə bilərəm ki, bizdə mətbuat azaddır! Hətta hərdən jurnalist yoldaşlara açıqlama, müsahibə verəndə soruşanda ki, bunu desəm olarmı, “nə istəyirsiniz deyin, heç bir problem yoxdur” cavabından başqa qeyri heç nə eşitməmişəm. Bu, medianın azad olmasından xəbər vermirmi?!

Əgər bu gün ölkədə prezidentdən tutmuş sıravi məmuradək istənilən şəxs haqqında tənqidi yazılar verilirsə, media niyə azad hesab olunmasın?! Və əgər bunu iddia edən şəxslər bunu Azərbaycan mətbuatında deyə bilirsə, xarici ölkələrdən mənşəyi məlum olmayan təşkilatlardan yüz minlərlə dollar qrant alıblarsa, medianı həm də biznesə çeviriblərsə, demək azad media və sahibkarlıq var. Əgər Putinə müraciət edib, ABŞ-dan dəstək görürlərsə, quyunun suyunun hardan qaynaqlandığını bilmək çətin deyil. Azərbaycan dövlətinə ən müxtəlif istiqamətlərdən təzyiq göstərilməyə çalışılır ki, bunlardan da biri vətəndaş cəmiyyətinə və medianın inkişafına yardım adı altında milyonlarla dollar qrant verməklə bir sıra şəxslərin ələ alınması yolu ilə hakimiyyətə təzyiq göstərilməsidir. Gizli deyil ki, müxtəlif ölkələrin Azərbaycanda təsir agentləri var. Onlar artıq qrant aldıqları xarici dairələrə arxalanaraq o dərəcədə təkəbbürlü olublar ki, Azərbaycana yuxarıdan aşağı baxmağa, ölkə qanunlarını saymamağa, prezident başda olmaqla ali vəzifəli şəxslərə hörmətsizlik göstərməyə başlayıblar. Görəsən niyə düzgünlükdən, ədalətdən dəm vuran bu insanlar ədalətin zəfərinin ancaq öz qanunsuz əməllərinə göz yumulmasında görürlər?!

P.S. Deyəsən, Vaşinqtondan ya da Brüsseldən təlimat gəlib: “Bütün ölkələrin qrantalanları, birləşin!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür