"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

19:11 22-05-2018 | icon 694 | Sosial
"Əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik"

Musa Quliyev: "Əlil olanlara əlilliyə görə pensiyanın təyin edilməməsi 5 qat cinayətdir"

 

“Dünyada əhalinin 12-15 faizi əlildir, Azərbaycanda isə bu rəqəm 6 faizi keçmir. Amma yenə də hamı deyir ki, ölkənin yarısı əlildir, hamıya əlillik dərəcəsi verilir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Musa Quliyev deyib. Deputat bildirib ki, əlil olmayan şəxsə əlillik dərəcəsi vermək cinayətdirsə, əlil olanlara əlilliyə görə pensiyanın təyin edilməməsi 5 qat cinayətdir:

 

“Mən tərəfdarıyam ki, payız sessiyasında bu məsələni parlamentin gündəliyinə daxil edək və aidiyyəti nazirliklərlə birgə bu məsələləri köklü şəkildə həll edək. Müəyyən edək ki, ildə nə qədər adam əlilliyə çıxmalıdır".

 

M.Quliyev əlavə edib ki, tibbi-sosial ekspert komissiyalarında da çalışan həkimlərin ixtisaslarına baxılmalıdır:

 

"Onların çoxu ixtisasartırmadan keçmir. Məni narahat edən əsas şəxslər əlillik vəziyyətində olub əlillik dərəcəsi ala bilməyənlərdir. Hesab edirəm ki, Azərbaycanda əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik və bu məsələyə son qoymalıyıq”.

 

İ.Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı