“İkinci turda Ərdoğanın qarşısına Meral Akşener çıxarsa...” - MÜSAHİBƏ

15:08 23-05-2018 | icon 148 | Geopolitika
“İkinci turda Ərdoğanın qarşısına Meral Akşener çıxarsa...” - MÜSAHİBƏ

 Həsən Oqtay: “Lakin iqtidarın kütləyə sızdırdığı “Ərdoğansız Türkiyə fəlakətə sürüklənir” şüarları boş arqumentdən başqa bir şey deyil”

 

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oqtayın Versus.az-a müsahibəsi

 

- Həsən bəy, seçkilərə hazırlaşan Türkiyənin bugünkü durumu ilə bağlı nələri söyləmək olar?

 

- Türkiyə ilk dəfədir ki, prezident seçkiləri keçirir və belə bir dönəmdə hər kəsin başı ciddi şəkildə seçkilərə qarışıb. Çünki bu seçkidə həm millət vəkilləri, həm də dövlət başçısı eyni vaxtda seçiləcək. Seçki ilə bağlı maraqlı mənzərə müşahidə olunur. Bu gün Halkların Demokratik Partiyasından (HDP) başqa seçkiyə gedənlərin hər biri ittifaq qruplarında birləşiblər. İqtidarda olan partiyaların ittifaqında Ak Partiya (AKP) və Milliyyətçi Hərəkət Partiyası (MHP) yer alır. Həmçinin, Böyük Birlik Partiyası (BBP) seçkilərdə iştirak etməsə də, siyahıda AKP sıralarında yer alacaq. O cümlədən, Cumhuriyet Halk Partiyası (CHP) İyi Partiya, Saadet Partiyası, Demokrat Partiyası “Millet ittifaqı”nda bir araya gəliblər. İqtidar ittifaqında 1 namizəd - Rəcəb Tayyib Ərdoğan olduğu halda, “Millət ittifaqı”nda 3 namizəd  var. Bunlar CHP nümizədi Məhərrəm İncə, İyi Partiyasının namizədi Meral Akşener və Saadet Partiyasından Temel Karamollaoğludur.

 

“Belə bir durumda seçki ilə bağlı proqnoz vermək çətindir”

 

Səsvermədə iştirak edən vətəndaşlar öncə millət vəkillərini, sonra isə dövlət başçısını seçmək üçün səs verəcəklər. Vətandaş millət vəkilini seçərkən bir partiyaya, dövlət başçısını seçərkən isə fərqli bir namzədə səs verə biləcək. Belə bir durumda seçki ilə bağlı dəqiq proqnoz vermək çox çətinləşir. Bununla yanaşı, hesab edirəm ki, seçkilərlə bağlı qiymətləndirmə və ictimai rəy sorğusu aparan şirkətlərin hər hansı hüquq pozuntusu ilə bağlı ortaya heç nə qoymaması da bu vəziyyətlə bağlıdır.

 

- Bu gün siyasi şərhçilər namizədlər arasında Rəcəb Tayyib Ərdoğanın daha şanslı olduğunu iddia edirlər. Hakimiyyət hər hansı bir fos-major halla təzələnə bilərmi?

 

- Seçkilərdə ən güclü partiya AKP, dövlət başqanlığına ən güclü namizəd isə Rəcəb Tayyib Ərdoğanın olduğu ortadadır. Lakin bir partiya üçün yeni seçilən millət vəkillərinin Məclisində üstünlüyü təkbaşına saxlamaq çox da şanslı görünmür. 300 millət vəkili hazırda seçkidə partiya və ya ittifaq əldə edə bilmədi. Bütün gözlər HDP-nin təkbaşına bu seçkiyə daxil olub-olmaycağına yönəlib. Əgər HDP seçki ərəfəsini uğurla aşıb parlamentə deputatlar göndərərsə, o zaman heç bir partiya və ya ittifaq parlamentdə siyasi çoxluğu əldə edə bilməyəcək. Belə bir durumda kim dövlət başçısı seçilirsə seçilsin, çoxluğa sahib bir hökumət qurulmayacaq. Çünki prezident seçkisi üçün səslərin yarısı alınmalıdır. Ona görə də indi bütün diqqət prezident seçkilərinə fokslanmış vəziyyətdədir və ilk turda ən şanslı namizəd kimi Rəccəp Tayyib Ərdoğan irəli çıxır. Buna baxmayaraq, ilk turda onun seçilmə şansları sandıqla müqayisədə zəif görünür.

 

Müxalifətin isə strategiyası prezident seçkilərini ikinci tura buraxmaqdır. İkinci turda isə Rəcəb Tayyib Ərdoğanın yorğun olacağı gözlənilir. Çünki son günlərdə iqtisadiyyatda baş verən daralma və xarici təzyiqlərdən istifadə edən qüvvələr Ərdoğana qarşı bir cəbhə yaradıb onun yerinə yeni bir prezident seçməyi planlaşdırırlar.

 

- Sizcə, iqtidar partiyasına rəqib olan ən şanslı müxalifətçi namizəd kimdir və o, Türkiyə ictimaiyyəti tərəfindən necə qarşılanır?

 

- İkinci turda ən çox səs alan iki namizəd yarışacaq. Əgər ikinci turda Ərdoğanıın qarşısına Meral Akşener çıxarsa, Ərdoğana qarşı böyük bir cəbhə meydana gəlmiş olacaq. Akşenerin bir xanım olması bir avontaj kimi önə çəkilir və qadın seçicilərin Akşener üçün səs verəcəyi deyilir.

 

- Həsən bəy, doğrudanmı Türkiyə Ərdoğan olmadan yaşaya bilməz?

 

- Ərdoğanın iqtidar nümayəndəsi olaraq seçimlərə qatılması ona qarşı olan bir çox etirazların da arxasınca gəlməsinə şərait yaradıb. Bu gün dövlətin gücünü seçkilərdə iqtidarın namizəd üçün istifadə etməsi fikri müxalifətin hazırladığı ən sadə arqumentdir. Ümumiyyətlə, seçkilərdə belə fikirlər səslənir. Lakin iqtidarın kütləyə sızdırdığı “Ərdoğansız Türkiyə fəlakətə sürüklənir” şüarları boş arqumentdən başqa bir şey deyil. Çünki Türkiyə 5000 ildir var və özündə böyük bir dövlət ənənəsini yaşadar. Onun varlığının bir adamın həyatına bağlanması müzakirə mövzusu ola bilməz. Demokratiya imtina edilməz bir seçimdir. Demokratik sistem bloklandığı zaman yenidən seçimlər olur. Bu mənada, Ərdoğanın ətrafında olan seçici kütləsinin “Ərdoğan olmadan həyat ola bilməz” anlayışına yönəldilməsi yanlış bir strategiyadır. Bu strategiya sonda kütləvi narazılıqlar yarada bilər. Bu böhranlar istənilən halda böyük hadisələrə səbəb olacaqdır. Türkiyə demokratik təcrübələrdən istifadə edərək bu seçkiləri də ən asan bir şəkildə keçirəcəkdir. Ərdoğanlı və ya Ərdoğansız, Türkiyə gələcəkdə gözəl günlər yaşayacaq. Bu gün ökədə yaradılmasına çalışılan iqtisadi böhran Türkiyəyə qarşı böyük bir əməliyyatın aparıldığını söyləməyə əsas verir. Lakin bu problemlər müvəqqətidir. Türkiyədə vəziyyət qısa zamanda normallaşacaqdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İxtisas seçimi bu gün başa çatır

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq