Fuad Əliyev Cümhuriyyət ilini Nəsir Ağayevlə qeyd edib

15:46 23-05-2018 | icon 790 | Siyasət
Fuad Əliyev Cümhuriyyət ilini Nəsir Ağayevlə qeyd edib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlər çərçivəsində Çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri, Azərbaycan Xalq Hərəkatı Partiyasının (AXHP) sədri Nəsir Ağayevlə görüşüb.

 

Versus.Az xəbər verir ki, ALDP sədri Fuad Əliyev görüş zamanı Nəsir Ağayevlə tanış olduğundan fəxr etdiyini bildirib:

 

“Sizinlə 17 il bundan əvvəl tanış olduğuma görə gürur duyuram. Siz Azərbaycanda 80-ci illərdə Xalq Hərəkatının aparıcı simalarından birisiz. Siz Azərbaycanın müstəqilliyi, Azərbaycan bayrağının yenidən dalğalanması və azadlığı üçün heç nəyi fikirləşmədən mübarizəyə qatılmışdınız. Siz və sizin kimi mübariz insanlar bizə Müstəqilliyi və Cümhuriyyətin 100 illiyini qeyd etməyə nəsib etdiniz. Biz bilirik ki, Azərbaycanın azadlığı və müstəqilliyinin qorunması uğrunda apardığınız mübarizə heç də asan olmayıb. Müxtəlif təqib və təzyiqlərlə, hətta ölümlə hədələnmisiz. Amma mübarizənizdən geri dönməmisiz. Sizin kimi mübarizlər gənc nəslə nümunə, örnək olmalıdır. Sizin qarşınızda baş əyirik”.

Nəsir Ağayev xoş sözlərə görə Fuad Əliyevə öz minnətdarlığını bildirib. Partiya sədrinə onu yada salıb ziyarət etdiyinə görə minnətdarlığını bildirən Nəsir Ağayev Fuad Əliyevə kitab hədiyyə edib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin