rüstəm ibrahimbəyovun stpir-plastikası

10:11 24-05-2018 | icon 1141 | Köşə
rüstəm ibrahimbəyovun stpir-plastikası

 

Allah kəssin belə baş saxlamaq həvəsinizi...

 

 

İGİD TEYMURLU

 

Günümüzün SÜLH PLATFORMASIna toplaşanlardan tam fərqli olaraq millətin böyük bir kəsimi təkcə virtual qaydada ədəbi və siyasi səhnələrdə deyil, gerçək həyatda da dövlətçiliyimizin, millətçiliyimizin, ümmətçiliyimizin keşiyində dayanıb. Ancaq BÜTÖVLÜYÜMÜZƏ qənim kəsilənlər dövlətçiliyimizin, millətçiliyimizin, ümmətçiliyimizin fərqinə varmadan RƏSULZADƏnin büstünün başına çuval keçirdilər, türkün milli-mənəvi dəyərlərini, tarixini topa tutdular, bütün mümkün vasitələrdən istifadə etməklə FİKİR ADAMLARIMIZı pərən-pərən salıb onları bir-birinin müdafiəsindən məhrum etməklə cəmiyyətə hədəf qismində göstərdilər, ana dilimizə tüpürüb rusca konuşanları incəsənətimizin talismanı sanıb “prezidentliyə namizəd” kimi təqdim etdilər, türkü rusdan üzr istəməyə çağırdılar, öz övladlarını xaricə qaçırıb, millətin övladlarını küçə və meydanlara səslədilər. Əməlləri faş olanda “pipi eləmək”lə canlarını qurtarmağa çalışdılar, onlar kimi düşünməyənlərə alət elədikləri vasitəsilə imla yazmağı öyrətməyə çalışdılar.

 

Qarabağdan “GÜNDƏLİKLƏR” yazıb DƏLİK SİÇOVULLARIna çevrildilər. “Reportajlar hazırlamaq”la AS JURNALİST kimi, dövlət maraqlarını tapdalamaqla “ana, real müxalifət” kimi başa keçirildilər. SEKSUAL JARQONU publisistikamıza gətirməklə hamilə qaldıqları milli-mənəvi dəyərlərimizin məhv edilməsi amacını gülə-gülə, güldürə-güldürə bizə pərçimlədilər. “Erməni xalqı bizim düşmənimiz deyil”, “uşaqlarımızı erməniyə nifrət ruhunda böyütməməliyik” deyə millətə həqarət etdilər. Milləti bir loxma çörəkdən ötrü ora-bura dəvət etdilər. Əvəzindəsə ad aldılar, san aldılar, iş aldılar, ev aldılar, sonda piyada qalan bizlər olduq. Çünki ad verən də, san verən də, iş verən də, işverən də özlərindən idi. Belələrini ən iyrənc adlarla çağırmağın özü belə onları şərəfləndirər. Onları öz adlarıyla cağırmaq lazımdır. Belələrini başqa canlıların adıyla cağırıb şərəfləndirməyək.  Artıq ət və sümükdən olan bu varlıqların adları bir jarqona cevrilib. Bu kəslərə məxsus xarakterlərin mahiyyətində laboratoriya sakini olmaq, öz gicişən yerlərinə əlini deyil, başını soxmaq jestini nümayiş etdirmək dayanır. Onlar siyasi və mətbu müstəvimizə pərçimlənmiş Bulqakovun “qəhrəmanları”dır - günümüzün POLİQRAFLARı. Etdiklərinə və danışdıqlarına gorə onlara hansı adı qoysanız, ondan həzz alacaqlar. Cünki siyasi düzənin PREOBRAJENSKİLƏRİ onların iclərinə, icalatlarına bu fakturanı itələyiblər. Əkrəm Əylisli də, Rüstəm İbrahimbəyov da içlərinə, içalatlarına belə faktura itələnən ədəbi-siyasi gündəmin poliqraflarındandılar...

 

Dostların çoxu hər zaman məni “içimdən gələn zadlar”a görə - “hikkəyə, aqressiyaya” görə qınayırlar. Haqları da var. Ancaq günümüzün gerçək durumu mənim də haqlı olduğumu ortaya qoyur. Hikkəm də, aqressiyam da həmin laboratoriya sakinlərinin davranışlarından irəli gəlir...

 

Aqressiyam ondan irəli gəlir ki, axı bu necə “ziyalı”dır ki, öz millətinə ermənidən betər yanşmadadır!?.

 

Aqressiyam ondan irəli gəlir ki, axı bu necə “müxalifət”, axı bu necə “Milli Şura”dır ki, millətimizə erməni kimi qiymət verəni millətimizin başına keçirib dövlətimizin prezidenti etmək istəyirdi?!.

 

Axı bu necə “Milli Şura” idi ki, o “Şura”da məmləkətin SEÇİLMİŞLƏRİni, canıyla Vətənə SİPƏR OLANLARı, müxalif AĞSAQQALLARI, iqtidarda olan saf düşüncə sahibləri, dilimizin keşiyində dayanan ELM, ZİYA ƏSGƏRLƏRİni görmürəm. Əvəzindəsə, vaxtilə təmsil olunduğu cəbhədən küsənlər, SƏNGƏRDƏ DEYİL, televizor qarşısında Vətən qoruyanlar, Cəbhəni xarabazara çevirməklə özünə YURD salanlar, övladlarını xaricə qaçırıb xalqın uşaqlarını güdaza verənlər, rusun, farsın, ingilisin, fransızın, almanın ayırdığı qrantlarla meydan sulayanlar bir araya gəlib Əli Kərimlinin dirijorluğuyla gah zildən, gah da bəmdən çalıb oxuyan xor kapellası təşkil edir və “gerçək qüvvə bizik” deməklə cəmiyyəti param-parça edirlər, Əkrəm Əylislinin gördüyü “Daş yuxular”ın qəhrəmanları kimi davranır, Rüstəm İbrahimbəyovun personajları kimi oyunbazlıq edirlər?!.

 

Xədicələrdən, Leylalardan, Eldarlardan, Qənimətlərdən, Orduxanlardan qəhrəman qayıran “Milli Şura” üzvləri və bu Şuranın ətrafında haça-paça qalan siyasətbazlar bir müddət öncə Rüstəm İbrahimbəyovdan da bir “ziyalı” maketi hazırlamışdı. Həmin maket qarşısında öz siyasi rituallarına az qala dini format verib səcdəyə gedənlər görən Rüstəm İbrahimbəyovun indiki  açıqlamaları fonunda özlərini necə hiss edirlər?..

 

Yenədəmi onu, onu prezident kimi görmək istəyən Cəmil Həsənlinin silueti qarşısında ayaqlarını cütdəyib “mənim prezidentim!” deyən siyasətin rəhmətlik Vəli Məmmədov demişkən, “malçişkalar”ı özlərini ən təamlı yeməklərini yeyərək sinələrini qabağa verən qarğalar kimi apara bilərlər?

Əuzibillaaah...

 

Allah kəssin belə baş saxlamaq həvəsinizi... Və Allah kəssin sizin belə demokratiyanızı...

 

Əzizlərim, Rüstəm İbrahimbəyovun başını paçasının arasına soxub bitdənməsi nə demokratiyadır, nə də siyasət. Bu, onun Poliqraflığından irəli gəlir, erməniyə olan rəğbəti Rüstəm İbrahimbəyovun içində yatan fakturasının özüdür... Bu, demokratiya adı altında Memfis monarxının yelpik daşıyanlarıtək səhnəyə çıxan Rüstəm İbrahimbəyovun siyasi fahişəliyidir, onun sərgilədiyi strip-plastikadır, kor ehtirasları cuşə gətirən kizomba, qo-qo rəqsidir. Bu kateqoriyadan olan ikiayaqlılara dəstək verənlərin ucbatından Azərbaycanın başının üstündə topa-topa buludlar görünməkdədir. Məmləkəti bürüyən belə qatı dumanlıqlar içərisində həmin narsistləri seyr edən Nigaran Ruhların boğuq iniltiləri gəlir...

 

Bu yandasa Qərb dünyasının xoşuna gəlmək üçün Rüstəm İbrahimbəyovların oynadığı strip-plastika, bu strip-plastikanın mahiyyətində gizlənən nəsnələr. O nəsnələr sırasında siyasi əxlaqsızlığın yaşam tərzinə çevrilməsi, aclığı, səfaləti, rəzaləti, xəstəlikləri qızıl teşt içində bəşəriyyətə təqdim etməklə utanmadan gözütoxluluq, mənəvi saflıq görüntüsü yaradan,  özünü “özgür düşüncə” sahibləri tək aparan, ancaq bunun qarşılığında məsləklərindən dönmədiklərinə görə vətəndaşlarının başlarını gilyotinlərdə üzən qərbli köytüklərə sitayiş, yalanla, riyakarlıqla izdivaca girib “demokratiya” donuna bürünərək özünü satışa çıxaran şərin, böhtanın, yalanın, yal verib can alan, riya, siyasi fahişəlik, iftira dünyası olan Qərb moderantizminə tapınma, guya ki, bəşəriyyəti xilas edəcək pasifist ədəbiyyatın yarandığı yerlər ironikası ilə nasizm, faşizm, sadizm, hannibalizm kimi siyasi fahişəliyi ixrac edənlərin dünyasının sakinləri kimi davranmalar var...

 

O DÜNYANIN əbədi sakinlərindən olan Russelin, Hauptmanın, Barbüsün pasifist qənaətlərindən doğan ideyaları Azərbaycan adlı coğrafi məkanda yanlış tərzdə təqdim edən Rüstəm İbrahimbəyovlar, Əkrəm Əylislilər ya yazdıqlarının, danışdıqlarının mahiyyətini dərk etmirlər, ya da onların dərk etdikləri “həqiqət” narsist düşüncənin mövlududur. Bunun qarşılığında payın kim tərəfindən veriləcəyi də sirri-xuda deyil...

GÜN doğuşundan bəlli olar deyiblər. EL yumruğunu görməyənlər də öz yumruqlarını batman sanıblar. Rüstəm İbrahimbəyovlara el yumruğu göstərilməyənə qədər biz belə zülümün içində inləyəcəyik.

 

Şumer-Akkad mənbələrini dağıtmaqla dünya tarixinin, qədim türklərin, islam dünyasının evini yıxan Qərb dövlətlərinin SÜLH PLATFORMASI İDEYASI ALTINDA birgəyaşayışla bağlı bu adamların Cənubi Qafqazda ev tikmək istəkləri adama bəzi zadları deyir.

 

Narsistlərə, pasifistlərə nostalji hisslər yaşadan Rüstəm İbrahimbəyovun açıqlamaları həm də “ANDRONİKİN MÜDRİK SÖZLƏRİ”nə oxşayır.

 

Günel  Mövludlar Azərbaycan torpaqlarını Androniklərin “Vətəni” sayanda ona quzu balası kimi boyun əyənlər sonradan Rüstəmə sitayiş edənlər oldu...

 

 300 ilə yaxındır ki, erməni fitnəsi, erməni hiyləsi rusun, fransızın, ingilisin, farsın dayəliyilə Azərbaycan türkünün  qanını sorur, biz hələ də bunlara qucaq açırıq. Yetər daha, Qərb dünyasının türklərə aminazin təsiri bağışlayan dərman verməyi. Bütün dərdlərimizin çarəsi öz əlimizdədir. Qərb bizə gerçək demokratiyanı deyil, canımızı almaq üçün görmək istədiyi demokratiyanı təqdim edir. Azərbaycana demokratiyanı da, əmin-amanlığı da, itirilmiş torpaq həsrətini də qaytaran YURD SEVGİLİ QALİB ƏSGƏRİMİZ. Rüstəm İbrahimbəyovların aşağıladıqları YURD SEVDALI, BOZQIRLARIN SAHİBİ OLAN QURDLARIMIZ olacaq. Azərbaycana ağrı, acı bəxş edən bütün qüvvələrin varlığına tüpürməklə QALİB ƏSGƏR diliylə, Qurd Taktikasıyla danışmağın tam zamanı. Bizdən olmayanlar bu Platformaya təşrif buyurmasa da olar və zatən buyura da bilməzlər. Çünki onların içalatlarına günümüzün Preobrajenskiləri öz istədikləri fakturanı yeridiblər. Onlar canlı olsalar da, bizdən deyillər...

 

P.S: Görən Şaginyanla Eynulla indi hansı rejimə keçiblər?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin