Bu gün Beynəlxalq Mətbuat Azadlığı Günüdür

11:11 03-05-2020 | icon 741 | KİV
Bu gün Beynəlxalq Mətbuat Azadlığı Günüdür

Müşfiq Ələsgərli: "Peşəkar xəbər istehsalçıları, azad söz, demokratik media təmsilçiləri üçün mühüm təqvimdir"

 

Bu gün 3 May – Beynəlxalq Mətbuat Azadlığı Günüdür. Peşəkar xəbər istehsalçıları, azad söz, demokratik media təmsilçiləri üçün mühüm təqvimdir. “Amma tarixdə, bəlkə də ilk dəfədir ki, dünyanın bütün nöqtələrində jurnalistlər bu təqvimi ümumi olaraq stres və narahatlıq içində keçirirlər”-deyə, Beynəlxalq Jurnalistlər Federasiyasının açıqlamasında bildirilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Müşfiq Ələsgərli bildirib.

 

"2020-ci ildə 3 May təqvimi dünyanı lərzəyə salan pandemiyanın, COVİD-19-un təsirləri altında qeyd edilir: “Pandemiya dövrünün şərtləri söz azadlığı, demokratik media mühiti üçün ciddi məhdudiyyətlər, həlli çətin olan problemlər yaradıb”. BJF-nin hesablamalarına görə, dünyada:

 

- Hər 4 jurnalistdən 3-ü COVİD-19 haqqında məlumat verərkən rəsmi məhdudiyyətlər, əngəllər və hədə-qorxularla üzləşib;

 

- Hər 3 jurnalistdən 2-si əmək haqqının azaldılması, iş yeri ixtisarı- itkisi və ya iş şəraitinin pisləşməsi ilə üzləşib;

 

- Jurnalistlərin 1/3-i bu dövrdə yalnız Covid-19-la bağlı materiallar hazırlamaq məcburiyyətində qalıb, digər sahələrdə (pandemiya ilə mübarizədə adekvat olmayan fəaliyyətlər, yol verilən qüsurlar, korrupsiya halları və sair) araşdırmalar aparmaq imkanları əllərindən alınıb; “şərtləri pozan” 10-larla jurnalist həbs edilib, 100-lərlə jurnalist məhkəmə iddiaları ilə üzləşib, 1000-lərlə jurnalist iş yerini itirib;

 

- Pandemiya dövründə “saxta xəbərlərin qarşısını almaq” adı altında media qanunlarına əlavələr edilmiş, yen qanunlar qəbul edilmişdir ki, bu qanunların əksəriyyətində hökumətlərin sui-istifadə halları aşkar görünür, media azadlığının çərçivəsi kəskin şəkildə daralılır…və sair.
Bir sözlə, COVİD-19 pandemiyası dünyada söz azadlığı, demokratik media mühiti üçün məqbul olmayan şərtlər formlaşdırır, dünya dövlətləri pandemiya ilə mübarizə adı altında peşəkar jurnalistikanın sıxışdırılması yönündə fəaliyyətlər göstərirlər.

 

BJF və onun tərəfdaşları “pandemiya dövrünün şərtlərinin perespektivdə media fəaliyyəti üçün yeni normaya çevriləcəyindən” narahatdırlar. Təşkilat bunun qarşısını almaq üçün öz tərəfdaşları ilə birgə qlobal müqavimət hərəkatı- "Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma" yaratmağı təklif edib".

 

M.Ələsgəri Azərbaycan dövlətinin pandemiya dövründə azad media mühitinin qorunması, peşəkar media qurumlarının fəaliyyətlərini davam etdirmələri üçün əməli addımlar atmasının sevindirici haldır olduğunu vurğulayıb:

"Jurnalistlərin sərbəst fəaliyyət göstərmələrinə şərait yaradıldı, iş yerlərinin ixtisarının, əmək haqlarının azaldılamsının qarşısı alındı".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR