Sabah 31 dərəcə isti olacaq

15:25 04-05-2020 | icon 1711 | Gündəm
Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənir.

 

Milli Hidrometeorologiya Xidmətindən Versus.Az-a verilən məlumata görə, gecə və səhər saatlarında duman olacaq.

 

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 21-26° isti olacaq. Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq.

 

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 12-17°, gündüz 26-31°, dağlarda gecə 5-10°, gündüz 14-19° isti olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq