“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

13:30 24-05-2018 | icon 1142 | Siyasət
“Rüstəm İbrahimbəyova ən böyük cəza xalqın nifrətidir” - MÜSAHİBƏ

 

Elman Nəsirov: “Ermənilərin ələ aldığı Rüstəm İbrahimbəyov Azərbaycana rəhbərlik etmək iddiasında idi”

 

 

Millət vəkili Elman Nəsirovun Versus.Az-a müsahibəsi

 

- Elman müəllim, sizcə Rüstəm İbrahimbəyovun azərbaycanlını qaniçən kimi təqdim edən filmi hansı “ssenarinin” məhsuludur?

 

- Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmində Azərbaycan, gürcü və ermənilərin həyatını təsvir etmək istəyib. Filmlə tanış olanda gördüm ki, ssenari müəllifi azərbaycanlı Rüstəm İbrahimbəyov, rejissoru isə Eldar Şenqeriyadır. Bu filmdə  ermənilərdən də bəhs olunsa da, burada hər hansı erməni ssenaristinin, aktyorunun adının olmadığını görüb sevinmişdim. Lakin filmlə tanış olduqdan sonra gördüm ki, əslində bura xüsusi olaraq hər hansı erməni aktyorunu, rejissorunu dəvət etməyə ehtiyac qalmayıb. Rüstəm İbrahimbəyov özü tamamilə  erməni obrazında iştirak edib.

 

Filmlə bağlı Rüstəm İbrahmbəyovdan soruşanda ki, siz bu filmdə öz taleyinizi hiss edirsinizmi, o deyib ki, bəli, özümü filimdə əsas qəhrəmanlardan biri olan erməninin atasının dostu kimi görürəm. O, açıq etiraf edir ki, erməni xislətinə xdmət edir. Burda Azərbaycan ictimaiyyətini narahat edən əsas cəhət odur ki, Azərbaycanın çörəyini yeyən, suyunu içən, havasını udan və bütün mükafatlarını Azərbaycanda onun üçün yaradılan çox unikal imkanlar hesabına əldə edən bu insan hətta ermənidən də çox erməni olmaq istəyib. Bizi narahat edən əsas cəhətlərdən biri də odur ki, o, nəyə görə belə bir addım atıb. Filimdə elə epizodlar var ki, əgər filmə Almaniyada, Böyük Britaniyada, Fransada və yaxud hər hansı Avropa ölkəsində baxılarsa, dərhal belə bir fikir formalaşacaq ki, azərbaycanlılar vandaldır, barbardır, vəhşidir. Amma ermənilər məzlum millətdir və azərbaycanlılar tərəfindən böyük təzyiqlərlə üz-üzə qalıblar.

Filimdə velə bir səhnə var: orada azərbaycanlı uşaqlar ermənini quyuya salıb onun başına daş yağdırırlar. Təbii ki, buna baxan bir avropalı tamaşaçı özünə bu sualı verəcək ki, bu daşı atan kimdir. Rüstəm İbrahimbəyov öz filmində göstərib ki, bunlar azərbaycanlılardır. Bu daşın atıldığı, o ölümə məhkum edilən kimdir? Rüstəm İbrahimbəyov göstərib ki, o ermənidir. Əgər bu doğrudan da bir məişət xarakterli film kimi qeydə alınırsa, nəyə görə burda azərbaycanlının gürcünü bıçaqladığı göstərilir? Doğrudan da bir məişət hadisəsidirsə və başqa bir siyasi motivlər yoxdursa, o zaman nəyə görə, məhz gürcünü öldürənin erməni deyil, azərbaycanlı olduğu göstərilir. Deməli, bu film məqsədyönlü şəkildə atılan addımdır. Film 2015-ci ildə çəkilib. İndi isə onun daha geniş təbliğatına başlayıblar. Filimdə xüsusi bir epizod var. Orada göstərilir ki, bir Azərbaycan alimi öz tədqiqatlarında sübut etmək istəyir ki, neft tükənib. Bu fikirlərinə görə Azərbycan dövləti ona ciddi təzyiqlər etməyə başlayır.

 

- Rüstəm İbrahimbəyov bu filmə görə qınanır. Bu qınamalar onun kimiləri üçün yetərlidirmi və siz nə demək istərdiniz ona?

 

- Mən üzümü Rüstəm İbrahimbəyova tutub demək istəyirəm ki, bu gün siz Azərbaycan xalqının yaddaşında təkcə xəyanətkar, millətə dönük çıxan bir adam kimi deyil, həm də yalançı br insan kimi qalırsız. Ona görə ki, siz 2015-ci ildə demisiniz ki, Azərbaycan nefti tükənir və bunu qəhrəmanınızın dili ilə sübut etmək istəyirsiniz. Amma 2017-ci il noyabr ayında Azərbaycan “Əsrin müqaviləsi”nin davamı kimi beynəlxalq neft şirkətləri ilə növbəti müqavilələri imzaladı. Hansı ki, 50 il Azərbaycan neftinin istismarı prosesində beynəlxalq neft şirkətləri iştirak edəcək və buna görə biz 3,6 milyard dollar bonus almışıq.

Müqayisə edəndə Rüstəm İbrahimbəyovun əsl xisləti üzə çıxır. Doğrudan da onda milli qeyrət var idisə, doğrudan da ermənilərin əlində bir alətə çevrilməyibsə, doğrudan da dönük deyilsə, satqınlıq yolunu seçməyibsə, onda niyə bizim 1 milyonluq qaçqınımızın ağrılı taleyi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı əsər yazmır, film çəkmir? Dünyanın gözü qarşısında Xocalı qətlimaı baş verib. Nəyə görə onunla bağlı bir mövqe ortaya qoymur və niyə bir film çəkmir? Heç çəkməyəcək də. Çünki onun xisləti bəllidir. Bu gün Azərbaycan xalqı haqlı olaraq onu bir qınaq obyektinə çevirib. Onun adı və soyadı azərbaycanlı olsa da, bütün mahiyyəti ermənidir.

 

- Elman müəllim, necə hesab edirsiniz, Azərbaycana qarşı bu cür əks təbliğatın Cümhuriyyət ilində, 100 illik ərəfəsində ortaya çıxması bir təsadüfdürmü?

 

- Burda təsadüf yoxdur. Bu günlərdə Amerika Konqresi Helsinki Kamissiyasında Azərbaycana qarşı dinləmələr keçirdi, eləcə də AŞ PA-da Azərbaycana qarşı müəyyən təzyiqlər var, müxtəlif beynəlxalq təşkilatlardan Azərbaycan əleyhinə müxtəlif qondarma hesabatlar dərc edilir. Bunların dərc edilməsi üçün isə birinci növbədə beynəlxalq ictimaiyyət belə filmlərlə  hazırlanır. Belə olan surətdə isə beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqlər göstərməsi üçün münbit şərait yaradır.

 

- Belə hallara qarşı hansı təpkilər olmalıdır?

 

- Ən dəhşətlisi odur ki, təpədən dırnağa qədər öz mahiyyətini açan, ermənipərəst mövqeyini ortaya qoyan bir şəxs 2013-cü ildə Azərbaycanın prezidenti olmaq iddiasına düşmüşdü.  Ermənilərin ələ aldığı Rüstəm İbrahimbəyov Azərbaycana rəhbərlik etmək iddiasında idi. Görün bizi hansı fəlakət gözləyərdi. Bu gün xarici qüvvələrin əlində alət olan radikal müxalfət - Milli Şura da onların verdiyi qrantlar, vəsaitlər hesabına yaşayır. Və Rüstəm İbrahimbəyov həmin qurumun fəxri sədridir. Ona görə də indi ən böyük məsələ onu ictimai qınaq obyektinə çevirməkdir. Qoy şəhidlərin ruhu Rüstəm İbrahibməyov kimi sapı özümüzdən olan baltalara qənim olsun. Ən böyük cəza ictimai qınaqdır. Hiss etməlidir ki, onun doğulduğu vətəndə artıq ona nifrətlə yanaşırlar. Xalqın ona nifrət etməsi ən böyük cəzadır. Rüstəm İbrahimbəyovu öz əlində alətə çevirən ağaları da onu sevmirlər. Məqsədlərinə çatandan sonra istifadə olunmuş bir əlcək kimi kənara atırlar.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı