Yeni saytın təqdimatı keçirilib

14:32 25-05-2018 | icon 923 | KİV
Yeni saytın təqdimatı keçirilib

BDU-nun Jurnalistika fakültəsində Qəzet laboratoriyası nəzdində yaradılmış jurnalistika.info adlı yeni saytın təqdimat mərasimi keçirilib.

 

BDU-dan Versus.Az-a verilən məlumata görə, tədbiri açan Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu 7 əsas bölmədən ibarət olan www.jurnalistika.info yeni veb saytı haqqında məlumat verib. Bildirib ki, saytın əsas məqsədi Jurnalistika fakültəsi əməkdaşları və tələbə heyətinin yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış etmək, onların müxtəlif media orqanlarında yayımlanan araşdırma və məqalələrini saytda toplayaraq baza təşkil etməkdir. Fakültə dekanı həmçinin vurğulayıb ki, sözügedən internet saytı məqalələri yeni yayımlanan tələbələrimiz üçün ilk tribuna funksiyasını da yerinə yetirəcək ki, bu da onlara gələcəkdə iş yerləri ilə təmin edilmələrində praktik nöqteyi nəzərdən son dərəcə əhəmiyyətlidir.

 

Saytın redaktoru Afaq Sadıqova çıxışında saytın strukturu və bölmələri barədə məlumat verib. Məlum olub ki, sayta yerləşdirilən yazılar respublikanın müxtəlif media orqanlarında yayımlanan siyasi, sosial, publisistik yazılardır. Bununla yanaşı, saytda fakültə əməkdaşlarının çap materialları ilə bərabər, televiziya və radio xəbərləri, blog yazıları da yerləşdiriləcək. Saytın digər özəlliyi “Cümhuriyyət -100”, “Bölgə qəzetləri” başlıqlı bölmələrinin olmasıdır. Bundan əlavə, saytda “Universitet-100” adlı rubrikanın yaradılması və fakültə əməkdaşlarının mövzu ilə bağlı müvafiq yazılarını ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

Tədbirdə iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan jurnalistikası gündən-günə inkişaf edir və belə bir saytın fəaliyyəti son zamanlarda kifayət qədər aktiv fəaliyyəti və layihələri ilə gündəmə gələn Jurnalistika fakültəsinə yeni imic gətirəcək.

 

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli əlavə edib ki, sayt tələbələrin yazı vərdişlərinin təkmilləşdirməsinə şərait yaradacaq.

 

Saytın təqdimatında iştirak edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yuniszadə, “İşıq” jurnalının məsul redaktoru Əsəd Aslanoğlu, Jurnalistika fakültəsinin dosentləri Qərənfil Quliyeva, Sima Rəhimova, Mahmud Mahmudov çıxış edərək təbriklərini çatdırıblar.

https://www.jurnalistika.info/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol