“Qafqaz üçlüyü”nə VS yanaşma

15:03 25-05-2018 | icon 1179 | Cəmiyyət
“Qafqaz üçlüyü”nə VS yanaşma

  

Son günlər kinodramaturq Rüstəm İbrahimbəyovun ciddi müzakirələrə səbəb olan “Qafqaz üçlüyü”, Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Film çoxluq tərəfindən hiddətlə qarşılansa da, düzgün anlaşılmadığını iddia edənlər də var.

 

Versus.Az bu dəfə məsələyə iki qələm sahibinin fərqli yanaşmaları ilə toxunub.

 

“Ayaz Salayevin yazısı siyasi siyasi sifarişdir”

 

Yazıçı, jurnalist Elçin Şıxlı Versus.Az-a bildirib ki, bu gün ictimaiyyətin Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi haqqında nə deməsi onu maraqlandırmır. E.Şıxlı hələlik bu barədə qəti fikir bildirmək istəməsə də, hadisənin ətrafında cərəyan edən oxşar nüansları önə çəkməklə münasibətsiz qalmayıb:

 

“Maraqlıdır ki, üç il bundan əvvəl çəkilən bu filmi hansı səbəblərdən məhz bu gün müzkirəyə çıxarıblar. İbrahimbəyov yazdığı yazıda məsəlyə münasibət bildirib. Orda İbrahimbəyovun belə bir fikri var: mənim o filimdə 2,3-cü dərəcəli epizodu siyasiləşdirib mənim əleyhiə veriblər, filmin əsası qayəsi tamamilə başqadır”.

 

Filmə baxmadığı üçün qəti söz söyləyə bilməyəcəyini deyən E.Şıxlı bir çox hallarda belə filimlərə qarşı anlayışsız yanaşmaların olmasını qeyd edib:

 

“Mənim yadımdadır ki, hələ “Bir cənub şəhərində” filmi çəkiləndə hamı onu tənqid edir, heç kim qavramırdı. Hamı o filmi Azərbaycan xalqına təhqir kimi qəbul edirdi. Amma zaman ötəndən sonra “Bir cənub şəhərində” filmini qaldırıb dağ başına qoyduq. Bəlkə də elə belə də olmalıydı. İndi də sizi inandırıram ki, bütün bu söz-söhbətlər Ayaz Salyevin 3 ildən sonra birdən-birə ayılıb Rüstəm İbrahimbəyovun filmi haqqında yazı yazmağı siyasi konnektura və siyasi sifarişdən başqa bir şey deyil. Bu, Azərbaycanın adını batıran bir sıra məmurların sifarişidir və tezliklə bütün bunlar hamısı aydın olacaq. Ona görə də ictimaiyyətə ötürülən yalançı şüarlar geridə qalmalıdır və bu qədər aşağı səviyyədə düşünmək olmaz”.

 

““Qafqaz üçlüyü” də “Daş yuxular” kimi erməniləri üstün göstərməyə hesablanlıb”

 

Yazıçı, jurnalist Rəşad Məcid isə Versus.Az-a bildirib ki,  “Qafqaz üçlüyü” filmi ilə bağlı məsələni gündəmə gətirən kinorejissor Ayaz Salayevin dediklərinə tam haqq qazandırmaq olar:

 

“Filmdəki personajlardan biri “Ermənilər bizim 1 nömrəli düşmənimizdir” deyir. Bununla da filmin müəllifi bizə aydın şəkildə anlatmaq istəyir ki, Qarabağ münaqişəsinin əsas səbəbini nədə görür. Səbəb əsla heç də Azərbaycan torpaqlarının işğalı deyil - yeri gəlmişkən, filmdə bu haqda bir kəlmə də deyilmir - İbrahimbəyova görə, səbəb azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifrətidir. Hansı baxış bucağı ki, Rusiya KİV-lərində geniş yayılıb və israrla ictimai şüura yeridilir. Əlbəttə ki, belə bir şeyi azərbaycanlının dilindən eşitmək qat-qat “qiymətli”dir. Belə bir xidmət isə açıq-aşkar təşəkkür almağa, filmdə onun müəllifinin təltif olunduğu alqışlara hesablanıb”.

 

R.Məcid bildirib ki, Rüstəm İbrahimbəyovun filmi də Əkrəm Əylislinin “Daş yuxular”ı kimi öz xalqını mənfi qələmə verməyə, başqa milləti - erməniləri isə üstün göstərməyə hesablanıb. Bu mənada, həmin əsərlərin xalqın hiddətinə səbəb olması təbiidir:

 

“Hesab edirəm ki, belə əsərlər heç dünya oxucularının, tamaşaçılarının nəzərində də uğur qazana bilməz. Heç bir cəmiyyət öz xalqını təhqir edib, başqa xalqı uca tutan yazıya, filmə bəraət qazandırmaz. Belə əsərlər yalnız siyasi maraqlara, ayrı-ayrı adamların bir “sağ ol”una və düşmən xalqa yarınmağa yönəlib. Bu cür çirkin niyyətlər isə xalqın yaddaşından silinmir, hər zaman ikrahla xatırlanır”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI