Bruklində “İpək Yolu” festivalı keçirilib

10:36 29-05-2018 | icon 767 | Mədəniyyət
Bruklində “İpək Yolu” festivalı keçirilib

Nyu-York ştatının Bruklin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və İsrail dövlətinin yaranmasının 70 illiyi münasibətilə “My Way” uşaq və gənclərin inkişaf mərkəzi tərəfindən “İpək Yolu” festivalı keçirilib.

 

Versus.Az xəbər verir ki, festivalın açılış hissəsi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında video və “My Way” mərkəzinin Qafqaz Ritm adlı uşaq rəqs qrupunun “Azərbaycan” rəqsinin ifası ilə başlanılıb. Qeyd edək ki, bu ilki “İpək Yolu” festivalı müxtəlif mədəniyyət və ölkələri bir yerə gətirərək məhz AXC-nin 100 illiyinə həsr olunub.

Daha sonra Bruklin dairə şurasının prezidenti Erik Adams adından Azərbaycan icmasının fəal üzvü Marietta Rozental tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova bəyanat təqdim olunub. Bəyanatda Azərbaycanın 100 illiyi və Azərbaycan-Amerika icmasının mədəni, siyasi və sosial həyatda vacib rolu diqqətə çatdırılıb. Eləcə də Azərbaycan icmasının Bruklin şəhərinin mədəni zənginliyinə əvəzolunmaz töhfələri qeyd olunub. Öz çıxışında səfir E.Süleymanov Azərbaycan icmasını ADR 100 illiyini, eləcə də tədbirdə iştirak edən gürcü və yəhudi icmalarını Gürcüstanın 100 illiyi və İsrailin 70 illiyi münasibətilə təbrik edib. Diplomat İpək Yolunda Azərbaycanın vacib rolunu qeyd edərək “İpək Yolu” festivalında da Azərbaycanın simvolik olaraq diqqət mərkəzində olduğu qeyd edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin strategiyası əsasında və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edən müstəqil Azərbaycanın əsas prinsiplərindən biri Azərbaycanın açıq tolerant cəmiyyətinin olması vurğulanıb. Eyni zamanda, qeyd olunub ki, “İpək yolu” festivalında Azərabaycanı öz vətənləri hesab edən müxtəlif etnik qrupların nümayəndələrinin bir yerə gələrək Azərbaycan mədəniyyətini ABŞ-da təqdim etməsi dünya üçün gözəl bir nümunədir. Fürsətdən istifadə edərək səfir E.Süleymanov bu yaxınlarda ilk dəfə olaraq ADR-in 100 illiyi ilə əlaqədar olaraq Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial, Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ Evin qarşısında Azərbaycan milli rəqslərin nümayişini xatırlayaraq My Way mərkəzinin rəhbəri Alyona Bədəlovaya öz dərin minnətdarlığını bildirib.

Azərbaycan mədəniyyətini, o cümlədən digər mədəniyyətlərin təqdimatı üçün 1500-ə yaxın iştirakçını fəal olaraq bir yerə toplayan “İpək Yolu” festivalında “Azərbaycan” rəqsi ilə yanaşı “Arşın mal alan” və “Salam” rəqsləri, “Sarı gəlin” və “Azərbaycan” mahnıları ifa olunub. “Arşın mal alan” rəqsi zamanı festivalın aparıcıları bu məşhur əsərin Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyova məxsus olduğunu və eyni adlı filmin dünyanın 80 dilinə tərcümə olunduğu qeyd olunub. Həmçinin festival çərçivəsində Azərbaycan mədəniyyətinin təqdimatında Nyu York şəhərində yaşayan Azərbaycandan olan yəhudi icması xüsusi rol oynayıb. Tədbirdə dağ yəhudilərinin milli rəqsləri və tədbir üçün xüsusi olaraq hazırlanmış “Salam-Şalom” rəqsi ifa olunub.

 

Festival boyu gürcü, hind, yəhudi, uyğur, rus, qazax, özbək xalqlarına məxsus rəqslər və mahnı ifaları nümayiş etdirilib.

Festivalın sonunda “Ey əziz anam, Azərbaycan” mahnısı həm Azərbaycan, həm də rus dilində ifa olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı