Əsir düşməmək üçün özünü çaya ataraq şəhid olan Laçın QIZI

16:18 17-05-2020 | icon 1033 | Şəhidlər və şahidlər
Əsir düşməmək üçün özünü çaya ataraq şəhid olan Laçın QIZI

Bu millətin keçmişi ilə bərabər gələcəyini də yaşadaq

 

Müharibə şəraitində yaşamağımıza baxmayaraq, həyat öz axarı ilə davam edirdi, Laçınlı günlərimiz idi.

 
 
Qumru ilə Firdovsinin toyu bugünkü kimi yadımdadır. Hər ikisi qan qohumum olduğu üçün iki gün davam edən toy məclisi yaddaşıma həmişəlik həkk olub...
 
Kim bilərdi ki, ağlımıza gəlməyənlər, başımıza gələcək. Yurdumuz işğal olunacaq, boy buxunlu igidlərimiz, ana-bacılarımız şəhid olacaq, zalım düşmənə əsir düşəcək...
 
 
31 mart 1993-cü ildə Laçının şimal hissəsi yenidən işğal edildi. Hansı ki, həmin ərazilər neçə-neçə igidlərimizin qanı bahasına düşmən tapdağından azad edilmişdi. Nər oğullarımız Vətən torpağını azad etmək üçün öz canlarından keçmişdi. Yenə xəyanət, yenə kürsü davası, yenə səriştəsizlik.
 
 
Kəlbəcərin "Tunel" adlanan ərazisində başımıza gələn faciə haqqında az yazılıb, az deyilib.
 
 
Nəslimizin cəsur qadınlarından biri də Qumru idi. Qucağında 1 yaşlı körpə qızı ilə ermənilərlə əsir düşmək istəmədi. Vətəni, milləti, nəslinin şərəfi, namusunun ləkələnməməsi üçün 20 yaşında canına qıydı. Özünü Tərtər çayına artaraq şəhidlik adını üstün tutdu.
 
 
Qəhrəmanları əsasən bədii ədəbiyyatda oxuyub tanıyırıq, filmlərdə görürük. Təssüf ki, Qarabağ müharibəsində qəhrəmanlıq göstərən oğul və qızlarımız haqqında yazılanlar, çəkilənlər yox dərəcəsindədir. Böyüyən gənc nəsil üçün nümunə olacaq qəhrəmanları tanıtmaq lazımdır ki, bu millətin keçmişi ilə bərabər gələcəyini də yaşadaq.
 
 
Qeyd: Alışanova Qumru Qəmbər qızı 1973-cü ildə Laçın rayonunun Şamkənd kəndində anadan olmuşdur. 31 mart 1993 -cü ildə Laçın rayonunun şimal hissəsi və Kəlbəcər rayonu işğal edildiyi zaman ailə üzvləri və yaxın qohumları ilə birlikdə "Tunel" adlanan ərazidə ermənilərin mühasirəsinə düşmüşdülər. Gənc ana Qumru erməni vəhşilərinə əsir düşməmək üçün bələkdə olan körpəsini ağacın dibinə qoyub özünü çaya ataraq şəhid olmuşdur. Həmin vaxt xeyli insan əsir düşmüş və güllələnmişdilər.
 
 
Sonralar Qumrunun körpə balası və digər əsir düşənlərin bir neçəsi girov götürülmüş ermənilərlə dəyişdirilərək azad edilib.
 
 
Ramil Cəbrayıl
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq