Onunla həm Stalin, həm də Hitler əməkdaşlıq etmək istəyirdi”

07:48 20-05-2020 | icon 816 | Gündəm
Onunla həm Stalin, həm də Hitler əməkdaşlıq etmək istəyirdi”

Sərdar Cəlaloğlu Paşinyanın Rəsulzadə ilə bağlı iddialarına cavab verdi 

“Ermənistan baş nazirinin bu açıqlaması onun savadsızlığından xəbər verir”.

Versus.az xəbər verir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu Ermənistanın baş naziri Paşinyanın Məmməd Əmin Rəsulzadənin guya Hitlerlə əməkdaşlıq etməsi ilə bağlı verdiyi açıqlamaya cavab olaraq bildirib. Onun sözlərinə görə, 1939-cu ildə Sovet hökuməti ilə Hitler Almaniyası arasında danışıqlar olmuşdu. Həmin danışıqlarda dünyanın yenidən bölüşdürülməsi məsələsi ilə bağlı müqavilə imzalanmışdı: “Hitlerlə ilk əməkdaşlığı edən Stalin olub. Eləcə də müharibənin gedişatı dövründə dörd dəfə Rusiya xarici işlər naziri ilə Almaniya xarici işlər naziri gizli görüşüb. Müharibənin gedişatı dövründə müəyyən məsələləri müzakirə ediblər. Hitlerlə bir çox ölkələrin siyasi liderləri öz əraziləri işğal olunana qədər və işğal olunandan sonra bu və ya digər şəkikdə görüşüblər. Görüşmək əməkdaşlıq etmək deyil”.

S.Cəlaloğlu həmçinin tarixi faktlara istinad edərək, xatırladıb ki, sözügedən illərdə Azərbaycanın Hitler tərəfindən işğal olunması məsələsi var idi.

Həmin vaxt Rəsulzadənin Azərbaycanın gələcəyi ilə bağlı görüş keçirdiyini xatırladan ADP sədri bu görüşün detallarına da toxunub: “Orda Məmməd Əminə təklif edirlər ki, Azərbaycan işğal olunandan sonra biz səni orda protektor kimi, asılı Azərbaycanın rəhbəri kimi görə bilərik və əməkdaşlıq edə bilərik. Onda Rəsulzadə bir şərtlə razılıq verib ki, Azərbaycan müstəqil olacaq, Almaniyanın protektoru olmayacaq. O görüş çox uğursuz baş tutmuşdu və Rəsulzadə də Almaniyanı tərk etmişdi”.

Müsahibimiz Rəsulzadənin nasistlərlə əməkdaşlıq etməsi barədə iddiaların cəfəngiyyat olduğunu bildirib: “Ermənilər daha çox Hitlerlə əməkdaşlıq ediblər. Harda bir terror təşkilatı, axmaq iş varsa, orda erməninin əli var. M.Ə.Rəsulzadə o qədər böyük şəxsiyyət idi ki, onunla həm Stalin, həm də Hitler əməkdaşlıq etmək istəyirdi. O isə onların hər ikisindən güclü şəxsiyyət olduğu üçün bu əməkdaşlıqlardan imtina etmişdi”.

Sözügedən açıqlamanın daha geniş versiyası ilə videomaterialda tanış ola bilərsiz./Müsavat.com/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq