Təkbaşına düşmənə meydan oxuyan kəlbəcərli şəhid Zahid Musayev

11:14 20-05-2020 | icon 1328 | Şəhidlər və şahidlər
Təkbaşına düşmənə meydan oxuyan kəlbəcərli şəhid Zahid Musayev

xalqın qəhrəmanlıq əzmi dastanlarda, nağıllarda qalmayıb. O cəsur soy-kök var və olacaq. Bunu şəhidlik zirvəsinə ucalan oğul və qızlarımız öz şücaətləri ilə sübut etdilər. Bütöv Azərbaycanın cəlb olunduğu müharibədə Kəlbəcər də az şəhid verməyib. Onlardan biri də Zahid Musayevdir. Bu gün onun anım günüdür. Ruhu şad olsun!

 


Versus.az xəbər verir ki, Zahid Daşqın oğlu Musayev 1974-cü il noyabr ayının 10-da Kəlbəcər rayonunun Mərcimək kəndində anadan olub. 1993-cü ildə Həqiqi-hərbi xidmətə çağırılıb.

 

Kəlbəcər rayon Hərbi komissarlığının çağırışı ilə xidmətə yola düşən əsgər Fizuli-Ağdam istiqamətində gedən döyüşlərdə dəfələrlə igidlik göstərir. 1996-cı il may ayının 18-dən 19-na keçən gecə düşmənin kəşviyyat diversiya dəstəsinin hücumunu aşkarlayaraq, qeyri-bərabər döyüşə atılır. Düşmənin bir neçə canlı qüvvəsini məhv edir, dəstənin mövqelərimizə yaxın düşməsinə imkan vermir. Xain düşmənin atdığı əl qumbarasına tuş gəlsə də, yaralı Zahid sonacan vuruşur. Sonda kömək gəlməsinə baxmayaraq, aldığı yaralar onun həyatına son qoyur. Beləliklə, Zahid Musayev şəhidlik zirvəsinə ucalır.



Qeyd edək ki, Zahid Musayev 2005-ci ildə ölkə başçısının 859 nömrəli sərəncamı ilə “AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq