7 rayon DOST xidmətləri ilə əhatə olundu - FOTO

12:58 20-05-2020 | icon 852 | Gündəm
7 rayon DOST xidmətləri ilə əhatə olundu - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan 3 saylı DOST mərkəzi Bakının daha 3 rayonu üzrə DOST xidmətlərinin tətbiqinə imkan verib. Bunlar Nizami, Sabunçu və Suraxanı rayonlarıdır.

 

Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, həmin mərkəzdən əvvəl, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Bakıda istifadəyə verilən 1 və 2 saylı DOST mərkəzləri isə Səbail, Yasamal, Xəzər, Pirallahı rayonlarının əhalisinə xidmət edir. Beləliklə, yeni mərkəzin açılması ilə artıq paytaxtın artıq 7 rayonu DOST xidmətləri ilə əhatə olunub.

 

İndiyədək 1 və 2 saylı DOST mərkəzlərinə 100 mindən çox şəxsə xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir. Yeni mərkəz isə üç mərkəzdən ən böyüyüdür və qeyd edilən üç rayon üzrə gündəlik 500, il ərzində isə 150 mindən artıq vətəndaşı qəbul edə biləcək.

 

130-dan çox işçinin, 50 könüllünün çalışdığı mərkəzdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. istiqamətlərdə 132 növdə xidmət innovativ həllərin tətbiqi üzərində “bir pəncərə”dən, şəffaf və opeartiv şəkildə təqdim ediləcək.

 

Bakının 7 rayonu DOST xidmətləri ilə əhatə olunub (FOTO) - Gallery Image Bakının 7 rayonu DOST xidmətləri ilə əhatə olunub (FOTO) - Gallery Image Bakının 7 rayonu DOST xidmətləri ilə əhatə olunub (FOTO) - Gallery Image Bakının 7 rayonu DOST xidmətləri ilə əhatə olunub (FOTO) - Gallery Image Bakının 7 rayonu DOST xidmətləri ilə əhatə olunub (FOTO) - Gallery Image Bakının 7 rayonu DOST xidmətləri ilə əhatə olunub (FOTO) - Gallery Image

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq