Millət vəkili Kütahyada türk dünyasına çağırış edib

15:55 30-05-2018 | icon 1473 | Cəmiyyət
Millət vəkili Kütahyada türk dünyasına çağırış edib

 

Qənirə Paşayeva: “Birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik

 

 

“Türkiyənin qədim bölgələrindən biri olan Kütahyanın Tunçbilek bölgəsinin mərkəzində yerləşən Azərbaycan parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın və Tunçbilek bələdiyyə başqanı Agah Aşkının təşəbbüsü ilə hazırlanıb”.

 

Versusu.Az-ın məlumatına görə, bunu bələdiyyə başqanı Agah Aşkın öz çıxışında deyib.

 

Xocalı soyqırımı qurbanlarının acısını əks etdirən fəryad edən ana abidəsi parkın mərkəzində ucaldılıb. “Azərbaycan parkı” və “Xocalı soyqırımı” abidəsinin açılışında Azərbaycan və Türkiyə rəsmiləri, millət vəkili Qənirə Paşayeva, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri  Nəcibə Nəsibova, Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban, Eskişehir Azərbaycanlıları Dərnəyi başqanı Cavid Aydın Eskişehir,  Sahibkar Qadınlar İctimai Birliyinin prezidenti Zemfira Ağayeva, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının Prezidenti Sevil Yusifova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, Türkiyədə fəaliyyət göstərən Azərbaycan təşkilatları rəsmiləri, İzmir Azerbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Mülazim Kardelen Paşa, Kütahya valisi Ahmed Hamdi Nayir, Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, millət vəkilləri, bələdiyyəsinin rəhbəri,  Azərbaycanın  Türkiyədəki səfirliyinin rəsmiləri, QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib.

 

Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışında “biz Azərbaycanın səsi olmağa hər zaman hazır olduq və bu sözdə qalmadı” deyən Tunçbilek bələdiyyə başqanı Agah Aşkın “Azərbaycan adını Tunçbilekdə yaşatmağın qürurunu yaşayırıq” deyib.

 

Parkın açılışından çıxış edən Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır deyib:

 

“Hər bir türk övladı həm də qarabağlıdır. Siz nə qədər qarabağlı olursanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Bu gün qədim Şuşamızın işğalçı Ermənistan tərəfindən işğal olunduğu gündür və bizim hamımız üçün çox ağır bir gündür və birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”.

 

Millət vəkili Xocalıda körpə yaşlı uşaqlarımızın erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb, bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə abidələr və parkalar türk dünyasının dörd bir yanında açılmalıdır deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi məsajlara xüsusi toxunan millət vəkili cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. O bildirib ki bu gün Türkiyədə bu cür parkların, abidələrin açılması çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir mesajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb.

 

Bu gün türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:

 

Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin 1-ci müavini Valeh Hacıyev, Kütahya valisi Ahmed Hamdi Nayir, Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın çıxış edərək Azərbaycan parkının və Xocalı abidəsinin Kütahya, Tunçbilekdə  açılmasının bir millət, iki dövlət birliyi üçün çox önəmli olduğunu xüsusi vurğulayıblar. Millət vəkili Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova Tunçbilek bələdiyyə başqanı Agah Aşkına Azərbaycanın tarixi torpağı olan Qarabağın ornamentlərini özündə əks etdirən Qarabağ qalstukunu, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin 1-ci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycanın mədəniyyəti ilə bağlı hədiyyələr ediblər.

Millət vəkili Qənirə Paşayevaya, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırovaya, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin 1-ci müavini Valeh Hacıyevə, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovaya plaketlər təqdim olunub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq