Deputat Azərbaycan xalqını təbrik etdi

13:18 23-05-2020 | icon 1244 | Gündəm
Deputat Azərbaycan xalqını təbrik etdi

Razi Nurullayev: “Vətəndaşlarımızda sabaha ümid yaranıb”

 

Millət vəkili Razi Nurullayev Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

“Əziz millətim, sizi müzəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Qoy uca Allah xalqımızı bütün bəlalardan hifz etsin. Virus təhlükəsi ölkəmiz üzərindən götürülsün, insanlarımız azad və firavan yaşasın.

 

2020-ci il ağır başlasa da, həm də ümidlər ili olmuşdur. Ölkəmizdə korurupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılır. Azərbaycan vətəndaşlarında sabaha ümid yaranıb. İnanıram ki, ümid günü-gündən daha da möhkəmlənəcək.

 

Xalqımızın həm də Dağlıq Qarabağ kimi dərdi var. Uca Allah xalqımızın düşmənlərinə aman verməyəcək və haqq yerini tapacaq, didərgin və köçkünlərimiz yurd-yuvalarına qayıdacaq.

Ramazan bayramınız mübarək!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq