Partiya sədrindən RAMAZAN TƏBRİKİ

13:43 23-05-2020 | icon 1594 | Gündəm
Partiya sədrindən RAMAZAN TƏBRİKİ

Hafiz Hacıyev: “Gəlin Prezidentimizin mübarizəsinə qoşulaq”

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

“Əziz xalqım, əziz bacı və qadaşlarım, sizi müzəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Süfrəniz ruzi-bərəkətli olsun. Qoy uca Allah hər birimizə cansağlığı versin ki, biz Qarabağımızı birlikdə işğalçıdan azad edək. Və tezliklə müqəddəs və milli bayramlarımızı azad edəcəyimiz torpaqlarımızda qeyd edək.

 

Arzu edirəm ki, ölkəmiz dünyanı bürüyən pandemiyadan tezliklə xilas olsun. Xalqımız sağlığına qovuşsun.

 

Əziz xalqım, bildiyiniz kimi, dövlət başçımız təkcə xarici düşmənlərimizlə deyil, daxili satqınlarımızla da mübarizə aparır. Eyni zamanda, korrupsioner məmurların insanlarımızı incidən əməllərinin qarşısını alır. Gəlin Prezidentimizin yanında olaq və onun mübarizəsinə qoşulaq.

İnanıram ki, biz birlikdə firavan, korrupsionersiz məmurların olduğu dinc ölkəyə sahib ola biləcəyik.

 

Mən bir daha öz adımdan və partiyamızın adından bütün Azərbaycan xalqını təbrik edirəm. Ramazan bayramınız mübarək!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ