İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

13:56 23-05-2020 | icon 1286 | Gündəm
İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Bu bayram millətimizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirsin"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

 
 
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
 
 
"Hörmətli həmvətənlər, dəyərli soydaşlarımız!
 
Sizi Müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram.
 
 
Oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını diləyirəm!
 
İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
 
 
Hər şeydən əvvəl bu bayramın millətimizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməyini, işğal altında olan torpaqlarımızın azad olunmağını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamağını, küskünlüklərin aradan qalxmağını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməyini arzulayıram.
 
 
İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcək.
 
 
Bu əziz gündə bir daha sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı bayram münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
 
 
Allah oruc və dualarınızı qəbul etsin!"
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ