"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

07:15 28-05-2020 | icon 1093 | Gündəm
"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

"Bu vətənpərvər ziyalıların adları xalqımızın yaddaşına əbədi həkk olunub"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqı təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

"Əziz həmvətənlər!

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası (ADR) elan edilib! ADR Şərqdə demokratik respublika elan edilərək, Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

 

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ADR rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub.

Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların adları xalqımızın yaddaşına əbədi həkk olunub.

 

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə təbrik edirəm. Arzu edirəmk ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq