"Cümhuriyyət tariximizlə qürur duyuruq"

10:49 28-05-2020 | icon 1312 | Gündəm
"Cümhuriyyət tariximizlə qürur duyuruq"

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.

 

Versus.Az xəbər verir ki, təbrikdə deyilir:

 

“Hörmətli həmvətənlərim!

102 il bundan öncə, 1918-ci il mayın 28-də başda Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Firudin bəy Köçərli kimi millətpərvər ziyalılarımız olmaqla 44 nəfərdən ibarət Milli Şura tərəfindən 6 bənddən ibarət Milli İstiqlal Bəyannaməsi” qəbul olunub. Bununla da 113,9 min kv. km-i əhatə edən, əhalisi 2.8 milyondan çox olan və bütün müsəlman Şərqinin, Türk Dünyasının ilk demokratik respublikası kimi adı tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılıb. Yaddaşlarda həm də, Birinci Respublika kimi qalan bu yeni dövlətimiz heç şübhəsiz ki, xalqımızın tarixində şanlı səhifələrdən birini təşkil edir.

 

Hazırki Azərbaycan Respublikasının təməli və hüquqi bazası sayılan Xalq Cümhuriyyətimizin ömrü qısa olsa da, amma millətimizin sonrakı taleyi üçün, ölkəmizin gələcək müstəqilliyi üçün böyük işlər gördü və etibarlı hüquqi-siyasi zəmin yaratdı. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət dövründə bütün ölkələrə və xalqlara nümunə ola biləcək tarixi əhəmiyyətli tədbirlər həyata keçirildi. Azərbaycan dilinin dövlət dili elan edilməsi, Bakı Dövlət Universitetinin təməlinin qoyulması, Milli Ordunun yaradılması, qadınlara seçki hüququnun verilməsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyinin tanınması, parlamentdə azsaylı xalqların təmsilçilərinə yer verilməsi və sair bu kimi mühüm addımlar Azərbaycan Xalq Cümhuriyyətini bu gün bütün sivil dünyaya müsbət dövlətçilik nümunəsi kimi təqdim etməyə imkan yaradır.

 

23 ay ərzində görülmüş bu işlərin hamısı fövqəladə əhəmiyyətli hadisələrdir və 102 il bundan öncə atılmış dövlətçilik toxumları bu gün öz bəhrəsini verir. Azərbaycan Xalq Cümhuriyyəti qədim dövlətçilik ənənələrimizin davamı və sonrakı inkişafımızın təməli oldu, milli varlığımızın qorunub saxlanması üçün qaranta çevrildi. Bu gün Azərbaycan etibarlı əllərdədir və öz müstəqilliyini qoruyub saxlayır. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək Azərbaycanın müstəqilliyi dönməz və əbədidir və indi hər birimiz Cümhuriyyət tariximizlə qürur duyuruq.

 

Əziz soydaşlar!

28 May - Respublika Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Cümhuriyyət Bayramımız mübarək olsun!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq