Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

18:24 31-05-2020 | icon 1166 | Gündəm
Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Qənirə Paşayeva: “Yüz minlərlə soydaşın yanındadır”

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Ramil Səfərovun ailəsini ziyarət edib.

 

Versus.az xəbər verir ki, millət vəkili bu barədə özü məlumat verib.

 

"Dəyərli qardaşımız, Macarıstanda məhkəmə qarşısında dayananda, "əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda cəzan çox ağır olacaq!" dediklərində belə, son sözündə məhkəməyə üzr tutaraq "mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. "Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!" dedik", - deyə Qənirə Paşayeva bildirib.

 

Komitə sədri Avropa İnsan Haqları Məhkəməsinin qərarını başqa cür şərh etmək istəyənlərə deyib ki, bu, işğalçı Ermənistanın uğuru yox, tam tərsinə, böyük uğursuzluğu oldu:

"Çünki Ramillə bağlı və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassiz iddiaları, qitə məhkəməsi qəbul etmədi. Bununla da, ermənilərin bütün çirkin niyyətləri puç oldu".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq