“Yaxşı ki, dostyeyən deyildir itlər…”

13:28 24-12-2017 | icon 1833 | Köşə
“Yaxşı ki, dostyeyən deyildir itlər…”

Əmrah Fəqanoğlu
/tanınmış jurnalist/

2018 it ili olacaq. Bizim müdriklər, şairlər də iti gah pisləyiblər, gah da tərifləyiblər. Məsələn, “ağılsız köpəklər ulduza hürər”, “it hürər, karvan keçər”, “arxalı köpək qurd basar”, “itin dişi, donuzun dərisi” kimi ifadə və atalar sözlərində Allahın yaratdığı bu dördayaqlı canlıya qarşı antisimpatiya hiss olunur.

Hələ “it ilxısı, köpək sürüsü!” ifadəsində duyulan istehzanı, kin-küdurəti demirəm… Amma bütün bunlara baxmayaraq, insanlar itə həmişə vəfa, sədaqət, güvən simvolu kimi münasibət bəsləyiblər. Öz yurdlarını, var-dövlətlərini, saysız-hesabsız qoyun sürülərini onlara etibar ediblər. Nadir hallarda canavarlarla əlbir olan köpəklər istisna olmaqla, qalanları bu etibar və güvəni məsuliyyətlə doğruldub və necə deyərlər, şanlı estafeti nəsildən-nəslə mərdliklə ötürblər. İt sədaqətinə həsr olunmuş məşhur filmlər də həyatın özündən götürülüb.

Məsələn, “Qaraqulaq ağ Bim”, “Lessi” filmlərinə tamaşa edəndə itin insana sədaqətinin dərəcəsindən, ağrılı-acılı məqamlarda hətta, insan kimi göz yaşı axıtmasından kövrəlməmək mümkünsüzdür. Bir haşiyə çıxaraq bildirim ki, bu gün paytaxtımızda və ayrı-ayrı bölgələrdə sahibsiz gəzib-dolaşan və yem axtaran itlərin güllələnməsinin qəti əleyhinəyəm, onların adamlara ziyan verməsinin qarşısını almaq, artıb törəməmələri üçün ən sivil üsullar tətbiq olunmalıdır.
Rusların “sobaka” adlandırdıqları məxluqun adı da, Oljas Süleymenovun araşdırmasına görə, (“Az i Ya” kitabı) xalis türk sözlərinin birləşməsindən yaranıb: “izə baxan”, “isa baka” və nəhayət, “sobaka”… Belə ki, itləri əhilləşdirən qədim türklər onlardan əsasən ovda istifadə edirdilər. İtlərin iybilmə qabiliyyətinin yüksək olması ovun uğurla nəticələnməsinə təminat verirdi.
Dahi Nizami Gəncəvi də məşhur “Şah və xidmətçi” poemasında itlərin sədaqətindən səxavətlə söz açıb. On il xidmət etdiyi şahın qəzəbinə düçar olaraq, yan-yörəsindəkilərin təlimatı əsasında haqsızcasına ac itlərin qabağına atılan xidmətçini itlər parçalamr. Çünki vaxtilə həmin itlərə yaxşılığı keçibmiş – yem verib, qayğısına qalıbmış. Gəncə bu cür dəhşətli cəza təyin edən şah öz haqsız əməlindən peşman olur və onu sağ-salamat görəndə sevinir. Amma ac itlərin xidmətçini nə üçün parçalamadığına təəccübünü də gizlədə bilmir və bunun səbəbini soruşur.

Gənc şahın sualını belə cavablandırır:

Etdiyim yaxşılıq getmədi hədər, 
İtlər yaxşılığı itirmədilər.

Lakin qulluq etdim düz on il sənə,
Axırda bu cürə haqq verdin mənə.

Sən məni itlərə atdınsa əgər,
Yaxşı ki, dostyeyən deyilmiş itlər.

Dostluğu səndə yox, itdə gördüm mən,
İt bilən hörməti ayaqladın sən.

İt sənə dost olar bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı