Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

20:30 02-06-2020 | icon 1165 | Gündəm
Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Versus.az-ın məlumatına görə, sərəncam Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır.

 

Sərəncamla "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilib.

 

Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

 

Nazirlər Kabineti Strategiyanın 2020-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq