ÖLDÜRMƏYİN TİFİL UŞAQLARI

23:38 01-06-2018 | icon 1184 | Köşə
 ÖLDÜRMƏYİN TİFİL UŞAQLARI

 Bizlər kimə və nəyə inanaq!?

 

İGİD TEYMURLU

 

Qeyri rəsmi məlumatlar Azərbaycanda 400-500 min arasında AUTİZM SİNDROMLU UŞAĞIN OLMASINDAN XƏBƏR VERİR. Mərkəzlərsə bu rəqəmi 7 minlə məhdudlaşdırırlar. Statistika Komitəsi, Təhsil nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Təminat nazirliyi, Milli Məclisin aidiyyatı strukturlarısa bu konuda susurlar. Və niyə susurlar? Bu vətəndaşlara kim və nə vaxt sahib çıxacaq? Nədən bu strukturlar vətəndaşın Konstitusion hüquqlarına tüpürməklə onlarla dövlət arasında uçurum yaradırlar?..

 

Öldürməyin tifil uşaqları, aldatmayın dövlət başçısını!..

Kimə inanaq, cənab NOVRUZ MƏMMƏDOV və cənab sosial siyasətimizin ağsaçlısı HADI RƏCƏBLİylə sosial siyasətdən başqa hər işlə məşğul olan MUSA URUD?!

Kimə inanaq, cənab əmək və əhalinin sosial təminatı naziri?

 

Kimə inanaq, cənab təhsil naziri!?

Kimə inanaq, cənab səhiyyə naziri!?

Kimə inanaq, cənab Milli Məclisin sosial siyasət komissiyasının üzvləri!?

Kimə inanaq, cənab Milli Məclisin elm və təhsil komissiyasının üzvləri!?

Kimə inanaq, cənab Milli Məclisin səhiyyə komissiyasının üzvləri!?

Kimə inanaq, cənab bütün şəhər, rayon icra başçıları!?

Kimə inanaq, cənab Azərbaycanın bütün bələdiyyə başçıları!?

Kimə, kimə, kimə inanaq, ay bu millətin inamını tapdalayan məmur təbəqəsi!?.

 

ÖLDÜRMƏYİN UŞAQLARI, ÖLDÜRMƏYİN XALQIN TİFİL ÖVLADLARINI!!!

Məlumatınız olsun ki, siz adı çəkilənlərdən hər biriniz öldürmək istədiyiniz xalqın tifil övladlarının xidmətində dayanan qulluqçularsınız. Ya bu tifil övladların timsalında xalqın qulluğunda dayanın, ya da işi bacarmırsınızsa, çəkilin kənara, qoy işi işbilənə tapşırsınlar. Əks halda yalandan vəzifədə oturub bu tifil övladlardan, onların valideyinlərindən, bütöv millətdən də qabaq dövlət başçısı cənab İlham Əliyevin özünü aldatmayın!!

Cənab aldadanlar ordusu, “42 nəfəri təhsilə yönləndirmək” məgər autizmlə bağlı pilot layihənin həyata keçirilməsidirmi!? Allahınız olsun!

 

Cənab aldadanlar, onlarla forması olan autizm sindromlu uşaqların hamısını “optavoy” halda Maşatağa dəlixanasına yatızdırmaq müalicə üsuludurmu!? Allahınız olsun!

Cənab aldadanlar, autist uşağa 30, 60, 75 manat müavinət vermək bu problemin önlənməsidirmi!? Allahınız olsun!

Cənab aldadanlar, kağız üzərində nəyisə cızma qara edib bunun işlək mexanizmini haqqında heç düşünməmək qanunvericilikdirmi!? Allahınız olsun!

 

Cənab aldadanlar, heç bir statistika aparılmadan hansısa rəqəmlər uydurub, bunun müqabilində min cür oyundan çıxmaq kimin və nəyin sığortalanmasıdır!? Allahınız olsun!

Cənab aldadanlar, hərənizin bir vertalyotu olduğu halda autistlər üçün hansısa bir məkanın, hasnsısa bir istirahət bucağının salınmaması ictimai xidmətdirmi!? Allahınız olsunl..

 

Bu məmləkətdə Allahın Özü belə yaddan çıxsa, yenə də bizlər sizin zülmünüzdən Bir olan Allaha sığınmışıq. Sizin o sığınacaq yerlərinizdəsə Allahın yük daşıyıcılarıyla qumar oynanılır, tifil uşaqlar da o qumar oyununun qurbanı. Bu gün “Azərbaycanda 3 mindən artıq uşaq küçələrdə gecələyir”sə, bə hanı sizin sığınacaq xidmətiniz?..

 

Beynəlxalq statistik göstəriciləri və Azərbaycandakı QHT sektorunun həmin göstəricilərlə (“hər yeddi uşaqdan biri autistdir”) üst-üstə düşən rəqəmləri əsas götürsək, onda bu gün AZƏRBAYCANDA 400 minlə 500 min arasında (dörd yüz minlə beş yüz min) AUTİZM SİNDROMLU UŞAQ VAR.

 

Və bu, o uşaqlardır ki, aylıq reabilitasiyaları üçün 800-1500 manat arasında xərc tələb olunur!! Təmin etmisinizmi millətin dərd içində boğulan üzvlərini bu güzəştlə, bu pulla, ay bu milləti, bu dövləti, bu dövlətin başçısını aldadan məmur təbəqəsi?

 

Əgər "Azərbaycandakı uşaqların sayı 2 milyon 800 mindir"sə (ancaq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatorunun məlumatına istinad etsək Azərbaycandakı uşaqların sayı 3,5 milyondur) və deyildiyi kimi "Azərbaycanda hər yeddi uşaqdan biri autist olaraq doğulur"sa, əzizlərim, onda burada rəqəmləri bölsək 400 min (500 min) alınır. Ancaq onu da, bunu da deyən kəsləır nədənsə Azərbaycandakı autistlərin sayını 7 min civarında göstərirlər!?

 

Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ümumiyyətlə bu problemlə sanki maraqlanmır, ancaq hansısa pilot layihələr adı altında milyonların arxasına keçirlər və beləcə büdcə talan edilir. Bəs bu uşaqların cəmiyyətə adaptasiya olunmasında onların valideyinlərini dərdləriylə baş-başa buraxmaq hansı dövlətçilik prinsiplərindən irəli gəlir?.

SİZ BU DÖVLƏTİN MƏHVİNƏMİ SUSAMISINIZ!?

Bizlər kimə və nəyə inanaq!?

 

Xalqın xidmətində durmaq istəməyən cənablar, lütfən, İNANCIMIZI və inandığımızı, GÜVƏNCİMİZİ və güvəndiyimizi ÖLDÜRMƏYİN!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”