Həftəsonu - 2000 manatadək cərimə və ya həbs

10:41 05-06-2020 | icon 1240 | Gündəm
Həftəsonu - 2000 manatadək cərimə və ya həbs

Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi zamanı avtmobil yollarında karantin postları quraşdırılmayacaq.

 

Versus.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

 

Şöbə rəisi bildirib ki, ikigünlük məhdudiyyət zamanı həmin postlara ehtiyac olmasa da, yol polisləri gücləndirilmiş iş rejimində çalışacaq:

"Bilirsiniz ki, keçən dövrlə müqayisədə bu dəfə daha çox məhdudiyyət tətbiq olunub, daha çox şəxsin evdən çıxması məhdudlaşdırılıb. Yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir. Həmin şəxslər isə yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər. Yəni fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsi qadağandır. Məhdudiyyət zamanı taksi, avtobus və digər minik avtomobillərinin hərəkətinə icazə verilmir. İcaze.gov.az portalında qeydiyyatdan keçən və fəaliyyətinə rəsmi icazəsi olan şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməz".

 

K.Əliyev bildirib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq:

"İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər. Ölkədə xüsusi karantin rejimi tətbiq ediləndən bu günə qədər nəinki yol polisi, ümumilikdə daxili işlər orqanları əməkdaşları gücləndirilmiş rejimdə xidmət edir və bu rejim məhdudiyyət dövründə davam etdiriləcək. BDYPİ bütün hərəkət iştirakçılarına tələb olunan qaydalara riayət etməyi, özünün və ailəsinin sağlamlıqlarının qorunması naminə məhdudiyyət dövründə yaşadıqları evdən çıxmamağı tövsiyə edir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq