Gimnastımız II Avropa Oyunlarına vəsiqə qazanıb

11:24 04-06-2018 | icon 511 | İdman
Gimnastımız II Avropa Oyunlarına vəsiqə qazanıb

İspaniyanın Quadalaxara şəhərində yekunlaşan bədii gimnastika üzrə 34-cü Avropa çempionatı Azərbaycan milli komandasına ikiqat sevinc yaşadıb.

 

Azərbaycan Gimnastika Federasiyasından Versus.Az verilən məlumata görə, qitə birinciliyində fərdi proqramda gənc gimnastlar arasında gedən mübarizədə ümumilikdə 4 alət üzrə finala vəsiqə qazanan təmsilçilərimizdən ən şanslısı olan Arzu Cəlilova top ilə çıxışı ilə komandamızın hesabına ilk bürünc medalı yazdırıb. 17.100 xalla yalnız Rusiya və Ukrayna gimnastlarından geri qalan Arzu öz karyerasının da ən uğurlu nailiyyətinə imza atıb.

 

Həm halqa, həm də gürzlərlə finalda hakimlər qarşısına çıxan digər gimnastımız Nərminə Səmədova isə müvafiq olaraq 5-ci və 8-ci yerlərdə qərarlaşıb. Lentlə final mərhələsinə adlayan Yelizaveta Luzan isə yekun nəticədə 6-cı olub.

 

Fərdi yarışlarda böyüklər arasında isə ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis təmsil ediblər. Hər 4 alət üzrə ümumi nəticəyə əsasən Veronika 61.250 xalla 22-ci yerdə qərarlaşıb. 63.200 xal toplayaraq 18-ci olan Zöhrə isə Avropa Oyunları – 2019-a vəsiqəni təmin edib.

 

Komandamızın növbəti bürünc medalı isə 3 top - 2 iplə icra etdikləri kompozisiyaları ilə xalçanı bəzəyən qrup hərəkətləri komandasından gəlib. Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramovadan ibarət möhtəşəm beşlik füsunkar çıxışları bu dəfə hakimlərə heç bir şans buraxmayıb və onlar 20.350 xalla fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.

 

ÖMƏR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin