“Özlərini müxalifətin aparıcı simaları hesab edirlər, amma...”

15:03 04-06-2018 | icon 756 | Siyasət
“Özlərini müxalifətin aparıcı simaları hesab edirlər, amma...”

 

Fuad Əliyev: “Bu cəbhədə yaranmış gərginlik məlum “qrant davası” ilə yanaşı, onların “körpüləri yandırmaları”nın nəticəsidir”

 

 

“Cəbhəçilər heç də hakimiyyətə gəlmək marağında deyillər.  Onlara özlərini müxalifətdə aparıcı kimi göstərmək bəs edir. Ona görə də istənilən yeni qüvvə meydana çıxan kimi, buna qısqanclıqla yanaşır və istənilən vasitələrdən istifadə edərək onları aşağılamağa başlayırlar. Bu gün Əli Kərimliyə qarşı olan çıxışlar və bu cəbhədə yaranmış gərginlik məlum “qrant davası” ilə yanaşı, onların “körpüləri yandırmaları”nın nəticəsidir”.

 

Bunu Versus.Az ALDP sədri Fuad Əliyev son günlər AXCP ətrafında cərəyan edən mübahisəli məqamlarla bağlı açıqlamasında bildirib:

 

“Hesab edirəm ki, Əli Kərimlinin bu davasının müxalifətə aidiyyatı yoxdur. Əgər kimsə özünü, öz liderini aparıcı kimi görmək istəyirsə, bu onların problemləridir”.

 

ALDP sədri bildirib ki, aralarında mübarizə gedən təşkilatlardan birinin sədri, digərinin müavini bu gün həbsxanada olsalar da, heç bir siyasi qüvvə onları müdafiə etmir. Bu da həmin təşkilatların özlərini ümummüxalifətdən təcrid etməsi ilə bağlıdır:

 

“Bu iki-üç qüvvə həmişə özlərini müxalifətin aparıcı simaları hesab edirlər. Amma ortada heç bir fəaliyyətləri yoxdur. Əksinə, hamıya saymazyana yanaşıb, onlara ünvanlanan dəvətləri qəbul etməyiblər. Bu gün isə düşdükləri durumu müxalifətin daxilində baş verən gərginlik kimi qələmə verib, bunu özlərinə qarşı olan hücumlarla əlaqələndirirlər. Tamamilə yanlışdır. Mən müxaifətin daxilində gərginliyin olduğunu düşünmürəm. Bu,  özlərinin yaratdığı gərginlikdir və əziyyətini də çəkirlər”.

 

Fuad Əliyev Əli Kərimliyə qarşı “hücumların” hakimiyyətin diqtəsi ilə baş verməsi ilə bağlı səslənən fikirlərə də birmənalı yanaşmayıb. Onun sözlərinə görə, bu təşkilatlar hər dəfə nə isə törədib bunu hakimiyyətin üstünə yükləməklə xüsusi bir ortam yaratmağa adət ediblər:

 

“Seçkilərdə müxalifətdən kimsə parlamentə düşəndə də bunu hakimiyyətin təşkil etdiyini deyirlər. Yəqin ki, hakimiyyətin bir hissəsi burda öz rolunu oynayıb. Amma təhqirlərlə danışan müxalifətin hakimiyyətlə işbirliyində olması fikri ilə razılaşa bilmərəm. Bir reallıq var - Əli Kərimli və digərilərinin ətrafında yaranmış vəziyyəti elə özləri yaradıblar. Başqalarına olan münasibətləri daxildə bir-birinə qarşı əks fikirlərin yaranmasına səbəb olub. Nəyə görə normal fəaliyyət göstərən partiyaların adları belə işlərdə hallanmır?..”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol