Aparıcı "maşın"dan getdi
"Maşın" sounun daha bir buraxılışı yayımlanıb.
Versus.az xəbər verir ki, veriliş başlayan kimi aparıcı Fira Cəlilova ötən gün səhvən əlini maşından götürdüyü üçün oyundan uzaqlaşıb.
Bu gün isə səsverməyə Hüseyn Əzizoğlu çıxıb. Oyunda hədəfini öncədən açıqlayan vaner səs toplayacağı təqdirdə aparıcı İlhamə Bədəlovanı şoudan uzaqlaşdıracağını bildirib.
Sonda kifayət qədər səs toplayan Hüseyn, İlhamə Bədəlovanı oyundan uzaqlaşdırıb.
Qeyd edək ki, hazırda şou aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, aktyor-müğənni Cavid Novruz, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.
Xəbər lenti
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
Qurbanların sayının artacağı istisna edilmir