“ABŞ-İran toqquşması regiondakı böyük layihələri ciddi risk altına sala bilər”

13:15 07-06-2018 | icon 867 | Geopolitika
“ABŞ-İran toqquşması regiondakı böyük layihələri ciddi risk altına sala bilər”

Fikrət Sadıqov: “Vəziyyətin müharibə həddinə çata biləcəyini düşünmürəm”

 

 

“İndiki Ağ Ev rəhbərliyinin İrana qarşı apardığı hazırki siyasət, keçmiş rəhbərliyin siyasi xəttinə zərbədir”.

 

Bunu Versus.Az-a politoloq Fikrət Sadıqov ABŞ-ın 2015-ci ildə İranla bağladığı sazişdən çıxması və prosesin region üçün yaratdığı təhlükələrdən bəhs edərkən bildirib.

Politoloq hesab edir ki, ABŞ-ın müstəqil mövqeyi ola bilər. Lakin sazişdən çıxmaqla bağlı qərar verərkən həmin müqavilədə özü ilə birgə 6 dövlətin imzasının olduğunu da nəzərə almalı idi.

 

F.Sadıqov ABŞ-İran münasibətlərindəki ziddiyyətlərin islam inqilabı dövründən sonra daha da artdığını və gərginliyin bu gün də davam etdiyini qeyd edib:

 

“İndiki dövlət başçısı hesab edir ki, ABŞ həmin sazişə görə uduzub və heç nə qazanmayıb. Yəni İranın nüvə silahı varsa, bu, özü-özlüyündə təhlükədir. ABŞ-ın sazişdən çıxmaqla nə isə qazanmasından söz gedə bilməz. Çünki belə davam edərsə, Avropa da buna adekvat qərarlar qəbul edəcək. Bir sözlə, ABŞ bu qərarla heç nəyə nail ola bilmədi. Əksinə, İran ABŞ-ın bu qərarından sonra uranı yenidən zənginləşdirməklə bağlı bəyanat verdi. İran isə öz fikrini möhkəmləndirib uranı zənginləşdirəcək və nə vaxtsa nüvə silahına malik olacaq”.

 

Politoloq ABŞ-İran münasibətlərindəki gərginliyin Azərbaycan üçün də riskli olduğunu önə çəkib. Onun sözlərinə görə, İranla ABŞ arasında yaranmış vəziyyət İran-İsrail münasibətlərini, həm də yerləşdiyi regionu gərginlikdə saxlayacaq:

 

“Eləcə də siyasi baxımdan ABŞ və İsrailin İrana təzyiqləri artar və ölkə daxilində təxribatlar təşkil oluna bilər. Bu, Azərbaycan üçün həssas dönəm deməkdir. Digər tərəfdən Azərbaycan İsraillə əmkdaşlıq edir. İsrail Azərbaycanın rolunu yüksək qiymətləndirir. Çünki başa düşür ki, burda ona yaxın olan dövlət Azərbaycandır”.

 

F.Sadıqov hesab edir ki, ABŞ-İran arasında baş verə biləcək toqquşma istənilən halda regiondakı böyük layihələri ciddi risk altına sala bilər:

 

“Azərbaycanın İranla nəqliyyat dəhlizi və yük daşıma biznesi də risk altına düşə bilər. Münaqişə baş verərsə, bu, orda yaşayan soydaşlarımızın ölkəmizə qaçqın axınını yarada bilər. Amma vəziyyətin müharibə həddinə çata biləcəyini düşünmürəm”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb