KİVDF qəzetlər üçün müsabiqə şərtlərini və pul məbləğini AÇIQLADI

19:16 18-06-2020 | icon 653 | KİV
KİVDF qəzetlər üçün müsabiqə şərtlərini və pul məbləğini AÇIQLADI

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) açıqladığı yeni qaydalara əsasən, qəzet redaksiyalarına maliyyə yardımı göstərilməsi üçün müsabiqə elan olunan günədək son 1 il ərzində müntəzəm nəşr olunan, 2000 nüsxəlik birdəfəlik tirajı və 1500 nüsxəlik abunə və satışı olan qəzetlər müsabiqədə iştirak edə bilərlər.


Bu barədə Versus.az-a KİVDF-nin mətbuat katibi İlkin Nadirov məlumat verib.

 

O qeyd edib ki, qəzetlərin birdəfəlik tirajı və yayımına (abunə və satışına) dair tələblər avqust ayı ərzində 50 (əlli) faizədək azaldıla bilər:

“Müsabiqədə iştirak edərək qalib elan edilən gündəlik (həftədə azı beş dəfə) çap olunan qəzetlərin hər birinə aylıq 20 000 (iyirmi min) manat, günaşırı (həftədə azı üç dəfə) çap olunan qəzetlərin hər birinə aylıq 10 000 (on min) manat, həftəlik (həftədə azı bir dəfə) çap olunan qəzetlərin hər birinə isə 5 000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsi nəzərdə tutulub.


Təsdiq edilmiş qaydalara əsasən, həftədə azı beş dəfə çap olunan qəzetlər tərəfindən 3, həftədə azı üç dəfə çap olunan qəzetlər tərəfindən 2, həftədə azı bir dəfə çap olunan qəzetlər tərəfindən 1 sahə üzrə layihələrin icrası həyata keçirilməlidir.

Bu, redaksiyaların yaradıcılıq imkanlarından daha geniş istifadə edilməsinə şərait yaradacaqdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu