“Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası birlikdə bir monitorinq qrupu yaratsınlar” - TƏKLİF

09:21 08-06-2018 | icon 1483 | KİV
“Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası birlikdə bir monitorinq qrupu yaratsınlar” - TƏKLİF

 

Vüsalə Mahirqızı: “Bu məsələyə birdəflik son qoyulmalıdır, media arasında ciddi ictimai qınaq olmalıdır”

 

 

“APA-nın əməkdaşı Zaqatalanın, Qaxın küçələrində çəkiliş aparır, xəbər toplamaq üçün xəstəxana-xəstəxana gəzir, əldə etdiyi məlumatları sayta yerləşdirəndə isə hansısa saytın jurnalisti onun haqqına girərək həmin məlumatı istinadsız yayımlayır. Xəbəri oxuyanda istinad etmək lazımdır. Ria Novostinin, Forbesin hansısa xəbərinə istinad edəndə adı çəkə bilirlərsə, yerli agentliklərin də adını çəkməlidirlər”.

 

Versus.Az xəbər verir ki, bunu “Facebook” səhifəsində APA-nın baş direktoru Vüsalə Mahirqızı yazıb. Əlavə edib ki, bu iradı ASAN Radioda İlkin Kərimov və Antenn FM də Əzizə İsmayılova istisna olmaqla, qalan bütün radioların bütün aparıcılarına aiddir:

 

“Rəhbərləri də dərs alsın, biz bəziləri kimi xəbərimizi oxuyun, yayın deyə kimsədən xahiş etmirik. Yayanda, oxuyanda zəhmət çəkib istinad etsinlər!”

 

V.Mahirqızı təklif edir ki, Mətbuat Şurası ilə Milli Televiziya və Radio Şurası birlikdə bir monitorinq qrupu yaratsınlar:

 

“Aylıq olaraq istinad mədəniyyətinə əməl edən və etməyən media qurumlarının adını açıqlasınlar. Məncə, bununla problemin həllinə müəyyən qədər nail olmaq mümkündür. Xəbər etikasına əməl etməyən, başqasının əziyyətini mənimsəyən jurnalistin başqa məsələlərə münasibəti, sosial ədalətin bərpa olunması üçün apardığı mübarizəni, səmimi hesab etmirəm. Əgər bir jurnalistin əlində xəbər oğurlamaqdan başqa heç bir fürsət yoxdursa və o, ilk belə fürsətdə oğurluqla məşğul olursa, onun başqa sahələrdəki oğrulara irad bildirməyə haqqı yoxdu”.

 

V.Mahirqızı bildirib ki, bu məsələ ilə bağlı adını çəkdiyi qurumlar axır ki, hərəkətə keçməlidirlər. Yeni yaradılmış Əqli Mülkiyyət Agentliyinin də öhdəsinə xeyli iş düşdüyünü vurğulayan Vüsalə xanımın sözlərinə görə, söhbət yalnız xəbərdən getmir, istənilən məhsulun istinad hüququnu tanımaq lazımdır:

 

“Bu məsələyə birdəflik son qoyulmalıdır, media arasında ciddi ictimai qınaq olmalıdır. Necə ki, media qurumları "reketlik" edən, rüşvət tələb edən adamı sıralarına qəbul eləmirlər (əlbəttə, ciddi və özünə hörmət edən mediadan gedir söhbət), eləcə də istinad eləməyən, başqasının xəbərini oğurlayan jurnalistləri də adbaad tanıtmaq və onları işə qəbul etməmək lazımdır. O başqa məsələ ki, bəzi qurumlarda rəhbərlər bu işlə məşğul olur. Məsələn, gəlib jurnalistə və ya redaktora "bu nədir, bütün sayt APA-dır ki? Niyə bu qədər istinad edirsiniz?" deyən baş redaktorlar da var. Bu, onlara hörmət gətirmir. Bəzən onların bir neçə saniyədə köçürdüyü, oxuduğu cümlələrin dəqiqləşməsi, ordakı faktların toplanması üçün saatlar lazım olur, nə qədər əsəb, gərginlik, stress yaşanır. Heç kimə xəbər qızıl təpsidə təqdim olunmur, o xəbəri toplamaq, yazmaq onu köçürmək qədər asan deyil.

Biz heç kimin əməyinə sayğısızlıq eləmirik, bizim əməyimizə sayğısız yanaşmasınlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI