İki həftəlik xüsusi karantin rejimində bu qurumlar fəaliyyət göstərəcək

10:00 21-06-2020 | icon 2591 | Gündəm
İki həftəlik xüsusi karantin rejimində bu qurumlar fəaliyyət göstərəcək

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimində bəzi sahələrin fəaliyyətinə icazə verilir.



Versus.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı qərara Əlavədə əksini tapıb.

 


Fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

1. Səhiyyə və sosial sahə üzrə:

1.1. elmi tədqiqat və laborator xidmətləri;

1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

1.3. baytarlıq xidmətləri;

1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

1.5. sosial xidmətlər;

1.6. sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.

 

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təsərrüfatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

 

4. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. əkinçilik, növbəli suvarma, bitki mühafizə xidməti və məhsul yığımı;

4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.9. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

4.17. diri heyvanların kəsimi.

 

5. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq məhsullarının satış məntəqələri;

5.2. apteklər;

5.3. yanacaqdoldurma məntəqələri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

5.6. onlayn satışlar.

 

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

6.2. kimyəvi təmizləmə;

6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.4. avtomobillərin təmiri;

6.5. avtomobil yuyulma məntəqələri;

6.6. heyvan sığınacaqları.

 

7. Kütləvi informasiya vasitələri.

8. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar;

8.2. investisiya şirkətləri, fond birjaları;

8.3. sığorta təşkilatları;

8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

 

9. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;

9.2. tərcümə xidmətləri;

9.3. poçt xidmətləri;

9.4. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

Qeyd edək ki, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışanlar haqqında məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq