Fransanın məşhur caz ifaçılarının dueti səslənib

13:16 11-06-2018 | icon 711 | Mədəniyyət
Fransanın məşhur caz ifaçılarının dueti səslənib

Beynəlxalq Muğam Mərkəzində Fransanın məşhur caz ifaçıları Jacky Terrasson və Stephane Belmondonun dueti səslənib.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, iyunun 8-də Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” lahiyəsi çərçivəsində Jacky Terrasson və Stephane Belmondo dueti öz yeni TERRAMONDO (Mother) layihəsini tamaşaçılara təqdim ediblər.

Tədbir Mədəniyyət Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və Premier Art Management prodüser agentliyinin təşəbbüsü ilə keçirilib.

 

Tədbirin rəsmi hissəsində Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez çıxış edərək, Bakıda caz günlərinin ənənənə halına çevrilməsindən, Fransanın məşhur caz musiqiçilərinin belə gözəl layihədə olmasından məmnunluğunu bildirib.

Daha sonra bədii hissədə Jacky Terrasson və Stephane Belmondo dueti öz yeni TERRAMONDO layihəsində maraqlı ifalarını tamaşaçılara təqdim ediblər.

Gecənin aparıcısı tanınmış teleaparıcı Rahib Azəri olub.

Jacky Terrasson caz pianistləri arasında ən məşhurlardan biri, Fransanın Telerama jurnalına əsasən “xoşbəxtliyin pianoçusu”, öz ifası ilə dinləyicilərini düz eyforiya halına gətirən bir sənətkardır.

1993-cü ildə Thelonius Monk yarışındakı qazandığı triumfdan sonra, Jacky Terrasson New York Times jurnalında Amerikanın mədəniyyətini yaxın 30 il ərzində dəyişmə qabiliyyətinə malik olan 30 artist siyahısına daxil edilib.

 

O, müntəzəm olaraq solist kimi və trio daxilində ən böyük caz festivallarda (Montreal, San Francisco, Montreux, North Sea Jazz, Marciac) və ən prestijli piano festivallarında (Klavier Ruhr Festival, Lucerne, La Roque d’Anthéron, Piano aux Jacobins) iştirak edir. O, həmçinin requlyar olaraq Asiya, ən çox da Yaponiya, Cənubi Koreya və Çində, Avropa və ABŞ səhnələrində çıxış edir.

Caz dünyasının ən nəhəng truba ifaçılarından biri – Stepane Belmondo 19 yaşından musiqi dünyasını açır və tezliklə caz səhnəsinin sevimli musiqiçilərindən birinə çevrilir. Michel Legrand, Laurent Cugny, Stephane Grapelli, Chet Baker, Dee Dee Bridgewater kimi məşhur sənətkarlar onu öz turnelərinə tez-tez dəvət edirlər.

Stephane Belmondo yaxın dostu pianist Jacky Terrassonla 2016-cı ildə qarşılaşıb, birlikdə Terramondo duetində yaratdıqları “Mother” adlı layihə tezliklə dünya məşhurluğunu qazanıb.

2014-cü ildən başlayaraq 20-dən artıq ölkələrdə 150-ə yaxın konsert verən Terramondo caz dünyasında ən uğurlu duetlərdən biridir. Onların uğurunun sirri 30 ildən artıq səmimi dostluq, musiqi və emosional qarmoniya, repertuarın azadlığı və daimi musiqi ilə bölüşmək arzusudur.

 

Konsert cazsevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Baku Summer Jazz Days” layihəsi çərçivəsi 4-8 iyun aralığında keçirilib və müxtəlif ölkələrdən olan musiqiçilər, caz dünyasında tanınmış truba ifaçılarından biri Avişhai Cohen, Azərbaycanın Əməkdar artisti Elçin Şirinov və Andras Des Triosu, ABŞ-ın funk bass gitaraçısı və müğənnisi Nik West müxtəlif caz üslubunda ifaları ilə çıxış ediblər.

Beynəlxalq Muğam Mərkəzi belə gözəl caz layihələri ilə yanaşı, “Unudulmayanlar”, “Dastan gecələri”, “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Aşıq musiqisi axşamları”, “Yeni nəsil dəvət edir”, “Vətənimdir Azərbaycan” və digər layihələri tamaşaçılara təqdim edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI