“Kəndliləri dinləyək və dərdlərinə əlac edək”

17:21 11-06-2018 | icon 37 | İqtisadiyyat
“Kəndliləri dinləyək və dərdlərinə əlac edək”

 

 

Razi Nurullayev: “Dövlət qayğısı və siyasəti olmadan kənd təsərrüfatının inkişafı mümkün deyil”

 

 

“Qubada kənd əhalisi ilə görüşüb problemləri ilə maraqlandım. Əslində, bu problemlər neçə onillikdir ki, təkrarlanır və həlli tapılmır ki, tapılmır. Çünki dövlət qayğısı və siyasəti olmadan kənd təsərrüfatının inkişafı da mümkün deyil.

 

Versus.Az-ın məlumatına görə, bu sözləri sakinlərlə görüşündə AXCP sədri Razi Nurullayev deyib. Onun sözlərinə görə, hazırda bu siyasət aparılsa da, lakin daha çox inzibati yolla inkişafa üstünlük verilir:

 

“Kəndliyə kömək etmək lazımdır ki, onun əkib-becərmək üçün stimulu olsun. Əgər dövlət öz imkanları, pulu ilə təsərrüfat yaradacaqsa, o zaman kəndlilərin həyətində becərmək üçün də marağı olmayacaq, nəinki pay torpaqlarını becərsinlər. Çünki məhsulunu sata bilməyəcək, hökumət xətti ilə yaradılan təsərrüfatlar onları sıradan çıxaracaq. Hazırda bu proses gedir.

İnanmaq istəyirəm ki, yeni nazir İnam Kərimov həm də bu sahədə dövlət siyasətini dəyişmək üçün səylər göstərəcək və buna nail olacaq. Başqa çıxış yolu da yoxdur”.

 

AXCP sədri Qubada çox insanlarla görüşüb, söhbət edib. Diqqətini daha çox çəkən iki nəfər olub. Onlardan biri Nügədi kəndinin sakini Məzahir kişidir:

 

“Məzahir kişinin həyətində kifayət qədər gilas ağacı olsa da, bağının bəhrəsini satıb-satmıyacağına əmin deyil. Çünki onun yalnız ağacdan dərilməsinin maya dəyəri ən azı 60 qəpiyə başa gəlir. Neçəyə satmalıdır ki, qazanc götürə bilsin? Həmin kəndin sakini İsrail kişi də eyni narahatlığı keçirir. Digər tərəfdən, meyvə sortlarının dəyişdirilməsinə ehtiyac var. Kəndli narahatdır ki, yeni sortlar onların ənənəvi sortlarını sıradan çıxarmağa başlayıb. Amma onların pulu yoxdur ki, yeni sortlar alıb əksinlər. Bəs kredit varmı? Yox”.

 

Partiya sədrinin fikrincə, 5-6 faizlik kənd təsərrüfatı kreditləri verilməsə, kəndli dirilməz, kənd yaşaya bilməz:

 

“Hər bir kəndli, fermer mütəxəssisdir. Hökumət onları dinləyib həll yolunu tapmalıdır. Yeni nazirin bu sahədə təqdirolunası addımları var. Ümid edək ki, nəticəsini çox gözləməli olmayacağıq.

Sovet vaxtı, əslində hər bir region üçün əsaslı araşdırmalar aparılıb və onlara uyğun da istehsalat müəssisələri yaradılıb. Onları bərpa etmək lazımdır, sadəcə. Nəyi gözləyirik, hər bir regionun məhsuluna uyğun müəssisələr bərpa olunsun ki, kəndli istehsal etdiyi məhsulu satmaqla bağlı narahatlıq keçirməsin.

Adını çəkdiyim Məzahir və İsrail kişi deyir ki, bu zonada böyük giləmeyvə plantasiyaları da salmaq olar. Həm qırmızı, həm də qara qarağatı tonlarla yetişdirmək mümkündür. Xalq arasında krıjovnik kimi tanınan rus alçası da ölkəyə valyuta gətirən məhsullardır”.

 

R.Nurullayev hesab edir ki, bu bitkilərin yüksək məhsuldarlığı olan sortlarının ölkəmizə gətirilməsi Azərbaycana ciddi valyuta gətirə bilər:

 

“Kəndliləri dinləyək və dərdlərinə əlac edək. Bizim hazırladığımız kənd təsərrüfatının inkişafı proqramımızda hər şey qeyd olunub”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

37 saylı tam orta məktəbdə SON ZƏNG

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

“Ömürlük müxalifətdə qalmaq fikrim yoxdur” - MÜSAHİBƏ

"Ermənistan XİN-in bəyanatı cəfəngiyyatdır"

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

Müdafiə Nazirliyi VİDEO yayıb

"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

75 əcnəbi qaçqın statusu alıb

"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

Hücum casusluq məqsədilə həyata keçirilib