Jurnalistlərin 3-cü binası hazırdır

17:09 29-06-2020 | icon 712 | KİV
Jurnalistlərin 3-cü binası hazırdır

Mənzillər kimlərə veriləcək?

 

Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə demək olar ki, hazırdı.



Versus.az-ın məlumatına görə, bu günlərdə bir neçə dəfə binaya baş çəkən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni rəhbərliyi aparılan yekun tamamlama işlərinə nəzarəti gücləndirib.



Hələlik 3-cü “Jurnalist binası”nın açılış mərasiminin nə vaxt olacağı məlum deyil.


Əməkdaşımız bununla bağlı KİVDF-dən hər hansı məlumat almağa çalışsa da, cavab verilməyib.


Sosial şəbəkələrdə isə mətbuat nümayəndələrinin bina ilə bağlı müzakirələri daha da qızışıb. Kimi mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, kimi isə bununla bağlı yeni təkliflər irəli sürür. 


Görünən odur ki, yeni binadakı mənzillərə iddialıların sayı həddindən artıq çoxdur. Onların arasında gənclər də, orta nəsildən olanlar da, ahıl jurnalistlər də, mediada çalışan texniki işçilər də var.


Hamını düşündürən “mənzillər hansı şərtlərlə veriləcək”, “3-cü bina Milli Mətbuat günündə paylanacaqmı” kimi suallara isə hələ ki heç kim cavab verə bilmir.



Məlumata görə, KİVDF-inin lap yaxın günlərdə 3-cü bina ilə bağlı məsələyə aydınlıq gətirəcəyi gözlənilir.



Jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub.

Bina 17 mərtəbəli, 255 mənzillidir. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu