“Azərbaycanın Amerika ilə yaxınlaşıb, Rusiyadan imtina etməsi...”- MÜSAHİBƏ

17:52 11-06-2018 | icon 713 | Siyasət
“Azərbaycanın Amerika ilə yaxınlaşıb, Rusiyadan imtina etməsi...”- MÜSAHİBƏ

 

 

Tahir Kərimli: “Beynəlxalq təşkilatlar danışıqların əvvəlki qaydada aparılmasına cəhdlər edirlər”

 

 

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlinin Versus.Az-a müsahibəsi

 

- Tahir bəy, bu gün beynəlxalq təşkilatların regionla bağlı siyasətində Dağlıq Qarabağın işğaldan azad olunması və münaqişənin həlli ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olduğu nəzərə çarpırmı?

 

- Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı beynəlxalq təşkilatların münasibətində ciddi dəyişikliklər müşahidə olunmur. Dəyişiklik özünü onda göstərdi ki, Paşinyan Dağlıq Qarabağı danışıqlar prosesundə bir tərəf kimi təqdim etmək istədi. Əlbəttə ki, həmsədr dövlətləri də buna müxtəlif reaksiyalar verib bildirdilər ki, yalnız tərəflər buna razı olduqları təqdirdə Dağlıq Qarabağ bir tərəf kimi qəbul oluna bilər. Azərbaycan tərəfi qəti şəkildə bunun əleyhinədir. Ona görə də Azərbaycan-Ermənistan prezidentlərinin bu yaxınlarda görüşü gözlənilmir. Paşinyanın müraciətləri də Azərbaycanın xarici işlər nazirinin bəyanatına uyğun olaraq mövcud status-kvonu saxlamaq üçün edilən cəhdlərdir. Əslində Paşinyanın bu müraciətləri daha çox danışıqlardan imtina eləmək deməkdir. Keçmiş prezident Köşəryan da buna tənqidi yanaşaraq, bu mövqenin danışıqları poza biləcəyini və Azərbaycan tərəfinin hərb yolla münaqişənin həllinə hazır ola biləcəyini deyib. Beynəlxalq qurumlar Paşinyanın “biz əvvəl də Azərbaycanın dərsini vermişik, indi də onları müharibədə udmağa hazırıq” kimi populist bəyanatlarına seyrici mövqeyində qalırlar.   ATƏT-in Minsk qrupunun marağı danışıqların əvvəlki kimi Madrid və Kazan prinsipləri əsasında aparılmasınadır. Ona görə də elə bir dəyişikliyin olacağını görmürəm.

Amma hər halda Ermənistanda yaranan mövcud vəziyyət bu qurumları qayğılandırır və onlar axtarışdadırlar. Ona görə də bu günlərdə ATƏT-in Minsk qrupu Ermənistana səfər elədi və bu  Azərbaycan tərəfə də gözlənilir, danışıqlar aparılır. Minsk qrupu qorxur ki, məsələ nəzarətdən çıxa bilər. Məsələyə bu nöqteyi-nəzərdən baxanda həmsədr dövlətlərin ümumi məsələlərlə bağlı ABŞ prezidentinin Azərbaycan prezidentinə məktubunda əməkdaşlığı səbirsizliklə gözlədiyini qeyd edir. Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq normalara uyğun həll edilməsi göstərilib. Rusiya Xarici işlər naziri Lavrov reaksiya verdi ki, Papov status-kvonun dəyişdirilməsi ilə bağlı məsələni imperativ şəkildə qoymayıb. Fransa da məsələyə eyni cür yanaşır. Yəni bu gün beynəlxalq təşkilatlar danışıqların əvvəlki qaydada aparılmasına cəhdlər edirlər. Ona görə də yeni bir nəticənin ortaya çıxacağını güman etmirəm.

 

Avropa Şurasının qərarına gəlincə isə, bunlar yalnız ayrı-ayrı insan hüquqların pozulması ilə bağlı, hardasa sərsəng su ambarı ilə bağlı, yaxud Dilqəmlə Şahbazın məsələsi ilə bağlı müzakirələr aparırlar. Düzdür, Azərbaycanın xeyrinə müəyyən qərarlar qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki, Avropa Şurasının qərarları tövsiyəedici qərarlardır və bunlar da  icra olunmur.

 

““Tərəzinin gözü”Azərbaycanın xeyrinə əyilməkdədir”

 

- Regionda münaqişənin həlli prosesində əsas aparıcı qüvvə kimi qeyd olunan Rusiyanın Dağlıq Qarabağı öz nəzarətindən çıxarmaq istəyi necə görünür?

 

- Şübhəsiz ki, Qafqazda süni Ermənistan dövlətini Rusiya yaradıb. Eləcə də dünyanın hər yerində lobbi kimi formalaşan erməniləri də Rusiya yaradır və onları himayə edir. Bu da doğrudur ki, Rusiyanın Azərbaycana daha çox ehtiyacı var.  Çünki Azərbaycan çox ciddi bir coğrafi mövqedədir və strateji mövqeyi çox önəmlidir. İqtisadi hərbi maraqlarını bir kənara qoyuram. Azərbaycan iranla Rusiya arasında yerləşən bir dövlətdir. Azərbaycanın Amerika ilə yaxınaşıb, Rusiyadan imtina etməyi coğrafiyanı dəyişdirmək iqtidarındadır. Azərbaycan o qədər strateji bir məkandır ki, Rusiya həmişə  onunla mülayim, dostluq şəraitində yaşamaq istəyir. Zatən Azərbaycan hakimiyyəti də Rusiyaya qarşı hörmətlə yanaşır.  Ona görə də Azərbaycanı itirmək istəmir. Eyni zamanda  ermənilər Rusiyanın siyasi elitasında çox möhkəmləniblər. Onlar hətta Rusiya-Türkiyə yaxınlaşmasının qarşısını alırlar.  Rusiya Türkiyə İran formatında Azərbaycanın xeyrinə mövqe dəyişikliyindən qorxur və Rusiya hakimiyyətinə təzyiqlər edirlər. Mən hesab edirəm ki, “tərəzinin gözü”Azərbaycanın xeyrinə əyilməkdədir. Rusiya Azərbaycanın xeyrinə reveranslar edir. Hələ ki, öz forpostunun mənafelərini bir kənara qoyub Azərbaycanın yanında olmağa gücləri çatmır.

 

- Rusiyanın Azərbaycana münasibətdə müsbət yanaşmaları bu ölkənin Avrasiya İqtisadi İttifaqına daxil edilməsi istəyi ilə baş verə bilərmi?

 

- Vaxtilə Həsən Həsənov daxili işlər naziri olanda bəyanat vermişdi ki, Qarabağı kim həll edəcəksə neft də onun olacaq. MDB ilə bağlı belə çıxışlar olmuşdu ki, biz ona bu şərtlə gəlirik ki, Qarabağ  məsələsi bütövlükdə həll edilsin. İndi də belə sözlər var ki, biz Ermənistanla eyni ittifaqda necə ola bilərik ki, o bizim suverenliyimzə qəsd edən bir ölkədir. Mən düşünürəm ki, Azərbaycan tərəfi XİN-in dili ilə bunu bəyan edib ki, heç də həmişə “yox” demə. Bir məsələ də var ki, Azərbaycan Türkiyə və digər dövlətlərlə birgə Avrasiya ittifaqına girsə, daha çox  sığortası ola bilər. Əks halda növbəti dəfə aldadıla və çətin vəziyyətə düşə bilər. Qarabağ məsələsini həll edərlərsə belə bir əməkdaşlığa getmək olar. Ümumuyyətlə, Avrasiya İttifaqına o vaxt daxil olmaq olar ki, Qarabağ məsələsinin həllində real addımlar atılmış olsun.

 

Versus.Az
T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”