Köçkünlük adlı acı da eyni…

13:27 29-09-2017 | icon 820 | Kürsü
Köçkünlük adlı acı da eyni…

Qənirə Paşayeva

/Millət vəkili/

Suriya sərhəddində türkmənlər üçün salınmış köçkün düşərgələrini gəzirik… Bir balaca gözəl qız qaça-qaça gəlib “siz kimsiniz” deyə soruşur. “Sizin Azərbaycandakı qohumlarınızdanam” deyirəm. “Hə, Azərbaycan eşitmişəm” deyib, qaça-qaça anasını çağırır. Gəl, Azərbaycandan qohumumuz gəlib…

Qəribə bir dövrdən keçir millətimiz. Hər yerdə acı, köçkünlük həyatı… Bayırbucağı, Türkməndağını qarış-qarış gəzmişəm. Hər zaman da özümü sanki Azərbaycanın bir bölgəsindəki kimi hiss etmişəm. Millət eyni, dil eyni, ləhcə tam eyni, ənənə eyni… Köçkünlük adlı acı da eyni… Allah köməkləri olsun. Onlar bizim qardaş-bacılarımızdır. Kimlərsə onları uzaqda görsə də bu, gerçəyi dəyişmir. Onlar bizim bir parçamızdır və yanlarında olmaq da borcumuzdur.

Suriya srhəddində türkmənlərin məskulaşdıqları köçkün düşərgəsində türkmən övladlarımız oyun oynayırdılar. “Sən də bizimlə oyna” dedilər. Oynadım…

Hələ çox kiçikdirlər. Fərqində deyillər bəzi şeylərin. Bir az böyüyəndən sonra böyük güclərin onların həyatı ilə necə bir oyun oynadıqlarını anlayınca çox üzüləcəklər… Mən isə onların gözlərindəki bu uşaqlıq xoşbəxtliyin itməsini heç istəmirəm… Heç…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol