Heydər Əliyev və İlham Əliyev zirvələrinə yürüş

13:26 13-06-2018 | icon 86 | Gündəm
Heydər Əliyev və İlham Əliyev zirvələrinə yürüş

“15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyi ərəfəsində xidmətdə fərqlənmiş bir qrup sər­hədçinin Böyük Qafqaz sıra dağ­larının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündür­lükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən “İlham Əliyev zirvəsi”nə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi yürüşləri təşkil olunub.

 

DSX-dən Versus.Az-a verilən məlumata görə, Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından və Şəmkir sərhəd dəstəsinin “Keşikçi dağ” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirak­çıları mürəkkəb relyefə malik olan dağlıq əraziləri böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvələrə qalxaraq orada Azər­bay­canın Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və qayalar üzərinə “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyini tərənnüm edən lövhələr bərkidiblər.

 

Zirvələrdə nitq ilə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini və böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi olaraq qeyd edərək yaxın zamanlarda dövlə­ti­mizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq