37 saylı tam orta məktəbdə SON ZƏNG

10:35 20-06-2018 | icon 364 | Təhsil
37 saylı tam orta məktəbdə SON ZƏNG

  

2017-2018-cı tədris ilinin başa çatması münasibətilə Laçın şəhər 37 saylı tam orta məktəbdə "Son zəng" keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Laçın Rayon İcra hakimiyyətinin nümayəndəsi, məktəbin direktoru, şagird heyəti, müəllim kollektivi, həmçinin valideynlər iştirak ediblər.

 

Öncə İcra Hakimiyyətinin həyətində ucaldılmış ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib. Qarabağ döyüşlərində şəhid olmuş laçınlı qəhrəmanlarımızın xatirəsinə həsr edilmiş abidə də ziyarət edildikdən sonra məktəbdə məzunların buraxılış tədbiri düzənlənib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Məzunları təbrik edən məktəbin direktoru Səxavət Məmmədov gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Bildirilib ki, bu gün ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır.

 

 

Səxavət Məmmədov məktəbi bitirən şagirdlərin əldə etdiyi nəticələrdən də söz edib. Bildirib ki, məktəbi bitirən 35 şagirddən 16 nəfəri imtahanlarda yüksək nəticə əldə edərək respublikamızın müxtəlif ali məktəblərinə daxil olublar.

 

Laçın icra hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavini İlqar İlyasov məzunları və müəllim kollektivini təbrik edib. O, məzunlara hansı peşəyə yiyələnmələrindən asılı olmayaraq öz bilik və bacarıqları ilə dövlət başçısının rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzulayıb.

 

 

Sinif rəhbərləri də çıxış edərək müstəqil həyata qədəm qoyan 11-ciləri təbrik ediblər.

 

Tədbirin maraqlı hissəsi 11-cilərlə1-cilərin bir-birini təbrik etmələri məqamı idi.

 

Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılanıb.

 

Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalınıb.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

"Jurnalist karyeranızda uğurlar diləyirəm"

"Bu tarix hər birimiz üçün əlamətdardır"

Килиман Джара