ABŞ-dakı Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himni oxunub

15:59 17-07-2020 | icon 849 | Gündəm
ABŞ-dakı Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himni oxunub

Son günlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın ölkəmizin dövlət sərhədində hərbi təxribatlar törətməsinə etiraz olaraq, bu ölkənin müxtəlif ölkələrdəki səfirliklərinin önündə aksiyalar keçirirlər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ABŞ-da yaşayan soydaşlarımız da Vaşinqtonda Ermənistan səfirliyinin qarşısına toplaşaraq baş verənlərə öz hiddət və kəskin etirazlarını bildiriblər.

 

Əllərində Azərbaycan və Türkiyə bayraqlarını, erməni təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini, müxtəlif şüarların yazıldığı plakatları tutan soydaşlarımız Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himnini oxuyublar.

 

Aksiya ərzində tədbir iştirakçıları “Yaşasın Azərbaycan!” “Yaşasın millətimiz!”, “Yaşasın dövlətimiz!”, “Yaşasın birliyimiz!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirməklə dövlətimizə, xalqımıza və ordumuza dəstək olduqlarını ifadə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO