Millət vəkili tanınmış təşkilat rəhbərləri ilə görüşüb

15:08 23-06-2018 | icon 702 | Siyasət
Millət vəkili tanınmış təşkilat rəhbərləri ilə görüşüb

  

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri - Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour, Avstraliyanın MYOB İnc. şirkətinin baş direktoru Tim Reed, KAGIDER-in prezidenti Sanem Oktar, Böyük Britaniyanın Palladium şirkətinin müxtəlifliklər üzrə əsas təmsilçisi  Rosanna Duncan və  Kataloniyanın Qabaqcıl Tədqiqatlar İnstitutunun (ICREA) tədqiqatçısı, professor Paul F.M.J. Verschure  ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə millət vəkili Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı  məlumatlar verib, fikir mübadiləsi aparılıb.

 

İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə, onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti, turizm imkanları  barədə də geniş məlumatlar verən millət vəkili onları Azərbaycana dəvət edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı