AXCP-yə hörmətsizlik - BƏYANAT

17:42 25-06-2018 | icon 572 | Siyasət
AXCP-yə hörmətsizlik - BƏYANAT

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əbülfəz Elçibəyin məzarına qoyduğu əklilə qarşı hörmətsizlik edilib".

 

Bu barədə AXCP-nin yaydığı bəyanatda bildirilir. Versus.Az-ın məlumatına görə, Bəyanatda qeyd edilir ki, bir qrup AXC funksioneri partiyanın sədr Razi Nurullayevlə birlikdə Fəxri xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyublar. Bir neçə saat sonra Elçibəyin məzarını önünə qoyulan əklilin üzərindəki yazının qoparıldığı məlum olub.

 

AXCP yaydığı bəyanatda bunu partiyaya, həmçinin Əbülfəz Elçibəyə olan hörmətsizlik, siyasi əxlaqsızlıq kimi dəyərləndirir.

AXCP-nin yaydığı bəyanatı diqqətinizə çatdırıq:

 

“AXCP sədr Razi Nurullayevin rəhbərliyi ilə Milli Azadlıq Hərəkatının lideri, eks-prezident, Xalq Cəbhəsi Partiyasının qurucusu və sədri Əbülfəz Elçibəyin məzarını ziyarət etdi. Partiya və sədr adından Elçibəyin məzarına gül çələngi qoyuldu. Az bir müddətdən sonra məzarı ziyarət edən bir şəxsin çəkib paylaşdığı fotodan məlum oldu ki, əklil üzərindəki xatirə yazısı (“partiya” və “Razi Nurullayev” yazılan hissə) qoparılıb. AXCP bu hadisəni və yanaşmanı qəti şəkildə pisləyir və bəyan edir ki, bu mübarizə deyil, vandallıqdır, vəhşilikdir. Siyasi opponentlərə qarşı bu üsullarla mübarizə aparmaq olmaz.

Baş verən hadisə təkcə bizə və AXCP-yə qarşı deyil, həm də Əbülfəz Elçibəyə hörmətsizlikdir. Elçibəy düşüncəsi, məfkurəsi ilə zidd olan bu tərbiyəsiz hərəkət demokratiyamıza, mübarizə apardığımız ideallara qarşı olan və üzdə özünün elçibəyçi kimi təqdim edən, əslində dağıdıcı qüvvələrin törətdiyi növbəti əməllərdəndir. Biz daim Əbülfəz Elçibəy ideyalarına, humanizminə sadiq qalaraq, sivil mübarizənin tərəfdarıyıq. Lakin bu hərəkəti edənlər Azərbaycan siyasətinə, Əbülfəz Elçibəy ucalığına, siyasi əxlaqına ləkədirlər. Biz aidiyyatı qurumlardan, Fəxri Xiyabana nəzarət edən məsul şəxslərdən tələb edirik, bu vəhşiliyi edənlər aşkarlansınlar. Bu vəhşiliyi edən adamlar sabah digər hörmətli şəxslərin məzarlarını da təhqir edə bilərlər”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı