Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək

11:17 29-06-2018 | icon 118 | İqtisadiyyat
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 iyun 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

 

DİM-dən Versus.Az-a verilən məlumata görə, imtahan Bakı şəhərində keçiriləcək. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 329, BB qrupu üzrə 1047, ümumilikdə isə 1376 namizəd qeydiyyatdan keçmişdir.

 

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 3 saat davam edəcək.

 

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";

 

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

Oqtay Eldəgəzin xanımı ALDP sədri ilə görüşüb

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

"Parlament seçkilərinin növbədənkənar keçirilməsinə əsas yoxdur"

Partiya lideri xalqı təbrik edib

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Deputatların maaşı artırılsın - TƏKLİF

“Açıq qapı günü” və andiçmə mərasimi keçirilib

Qarabağ ətirləri satışa çıxarıldı

Bütün növ pensiyalar artırılacaq