Əcnəbilərə 10 gün vaxt veriləcək

16:51 29-06-2018 | icon 495 | Siyasət
Əcnəbilərə 10 gün vaxt veriləcək

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün Milli Məclisdə miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan yeni qanun layihələrini şərh edib.

 

Versus.Az xəbər verir ki, V.Hüseynov bu qanunların məqsədinin ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təmin ediməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkşafının dəstəklənməsi olduğunu bildirib. Təqdim edilən yeniliklərin bir hissəsinin mahiyyəti barədə qısa məlumatı paylaşmaq istərdim.

O qeyd edib ki, yeni qanunvericiliyə əsasən ölkəmizə gələn əcnəbilərin (turistlərin) ölkə ərazisində olduğu yer üzrə qeydiyyata düşməsi üçün mövcud 10 gün artırılaraq 15 gün müəyyən edilir:

 

"Miqrasiya qanunvericiliyini pozduğuna görə haqqında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilər artıq cəriməni ödəmədiyi təqdirdə ölkə ərazisini barələrində ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən tərk edə biləcək. Bu halda onların ölkəyə girişi cəriməni ödəyəcəkləri müddətədək məhdudlaşdılır və cəriməni ödədikdən sonra isə ölkəyə sərbəst gəlmələri təmin ediləcəkdir. Təbii ki, inzibati qaydada ölkədən kənara çıxarılma halları istisna olmaqla".

 

V.Hüseynov bildirib ki, Miqrasiya Məcəlləsində əcnəbilər tərəfindən son üç ildə iki dəfə miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdildikdə onların ölkəyə girişlərinə 5 il qadağa qoyulmasını nəzərdə tutan müddəa ləğv olunur:

 

"Daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilərin sadəcə ərizə ilə (digər əlavə sənədləri təqdim etmədən) müvəqqəti yaşamaq icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər. Ölkədə olma, yaşama, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə inzibati məsuliyyətə cəlb olunmalarına səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt veriləcək".

 

Xidmət rəisi deyib ki, vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə barəsində kənara çıxarma haqqında qərar qəbul edilmiş əcnəbilər müvafiq sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda məhdudiyyət müddətinin bitməsini gözləmədən ölkəyə sərbəst gələ biləcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”